İctimaiyyət

Azərbaycanda rəsmi olaraq ilk koronavirus faktı təsdiq edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır:

İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib.

Qeyd edək ki, Azərbaycanda hazırda 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir.

Daha çox göstər
Back to top button
Close