BaşlıcaErməni Soyqırımı

“Hayastani Hanrapetutyun” qəzeti: Ermənifobiyanın Sumqayıt “ssenarisi”

Sumqayıt qırğınlarının şahidi Aleksandr Sargsyan Sumqayıt soyqırımı barədə xatirələrlə bağlı kitab hazırlayır. “Cinayət əvvəlcədən, demək olar ki, “dövlət səviyyəsində” planlaşdırılmışdı. Bu münasibətilə çox maraqlı bir faktı qeyd etmək istəyirəm. Faciəli hadisələrdən əvvəl Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov şair Silva Kaputikyan və yazıçı-publisist Zori Balayanla görüşdə artsaxlıların, Dağlıq Qarabağı Ermənistana yenidən birləşmək tələbi ilə əlaqədar Bakıda yaşayan 200 min ermənilərin təhlükəsizliyindən “narahat” olduğunu vurğulanmışdı.

Sumqayıtda vəziyyəti gərginləşdirməkdə Ermənistanda azərbaycanlıları öldürülməsi ilə bağlı yayılan saxta xəbərləri də səbəb oldu. SSRİ Baş Prokurorunun müavini V. Katusepin televiziyadakı çıxışı da təxribat xarakteri daşıyırdı. O bəyan etmişdi guya Askeran hadisələrində iki azərbaycanlı həlak olub.

Azərbaycanlı quldurların əlində ermənilərə aid evlərin siyahıları və telefon nömrələrinin olması bu soyqırımın əvvəlcədən planlaşdırılmasını sübut edir. Bütün rollar ssenariyə əsasən bölünmüşdü. Öldürənlərin, qırğın törədənlərin, talan edənlərin, cinayət izlərini gizlədənlərin rolları aydındı. Faciədən əvvəl isə, quldurlara bıçaqlar, baltalar və narkotiklər verilmişdi. Diqqətəlayiqdir ki, erməni evlərində telefonlar işləmird, təcili yardım və DİN işləmirdi” …

Məqalənin davamı qəzetdən oxuya bilərsiniz.

Daha çox göstər
Back to top button