BaşlıcaSiyasət

Paşinyan müdafiə sahəsində Gürcüstanla 2020-ci il proqramının imzalanmasını mühüm hesab edir

ER Baş naziri Nikol Paşinyan, fevralın 27-də Ermənistana rəsmi səfərə gəlmiş Gürcüstanın Müdafiə naziri İrakli Ğaribaşvilini qəbul edib.  Baş nazirin iş heyətindən  verilən məlumata görə, Gürcüstanın Müdafiə naziri və onun başçılıq etdiyi nümayəndə  heyətinin Ermənistana səfərini  alqışlayaraq Baş nazir  Ermənistan-Gürcüstan strateji münasibətlərinin davamlı inkişafının vacibliyini vurğuladı.

Nikol Paşinyan müdafiə sahəsində əməkdaşlığın Ermənistan-Gürcüstan tərəfdaşlığının əsas  meyyarlardan biri olduğunu qeyd etdi və fevralın 27-də iki ölkənin Müdafiə nazirlikləri arasında 2020-ci il proqramının imzalanması və  müdafiə sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğuladı.

İrakli Ğaribaşvili qeyd edib ki, Gürcüstanla yaxın dostluq münasibətləri və güclü tərəfdaşlığı olan dost Ermənistanı bir daha ziyarət etməkdən məmnundur. O, Ermənistan Respublikasının Müdafiə naziri ilə əməkdaşlıqdan, habelə fevralın 27-də keçirilmiş görüşdən və 2020-ci il proqramını imzalmaqla yanaşı  müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafına önəm verdiyini məmnunluqla bildirdi..

Həmsöhbətlər ikitərəfli münasibətlər, o cümlədən Ermənistan-Gürcüstan müdafiə əməkdaşlığının gündəliyini müzakirə etdilər. Həmsöhbətlər o cümlədən iki ölkənin və xalqların çoxəsrlik tarixi-mədəni əlaqələri və dostluq əməkdaşlığının dərinləşməsi və yaxınlaşması üçün möhkəm əsas olan xristian dəyərlər sistemi ilə birləşdiyini vurğuladılar.

Regional təhlükəsizliyin problemlərinə toxunan Nikol Paşinyan və İrakli Ğaribaşvili münaqişələrin sülh yolu ilə həlli və bu istiqamətdə qarşılıqlı səylərin vacibliyi barədə fikir mübadiləsini apardılar.

Daha çox göstər
Back to top button