BaşlıcaErməni Soyqırımı

Sivilizasiya ksenofobiya yolu ilə inkişaf edə bilməz: Sargsyan

ER Prezidenti Sumqayıt qırğınları qurbanlarının xatirəsinə həsr edilmiş çıxışda qeyd edib ki, cəzalandırılmamış hər hansı bir hadisə yeni faciələrin törədilməsinə imakn verir.

Sivilizasiya faşizm, milli  ayrıseçkilik və ksenofobiya yolu ilə inkişaf edə bilməz. Bunu ER Prezidenti Armen Sargsyan Azərbaycan SSR-də törədilmiş qırğınlar qurbanlarının xatirəsinə və didergin düşmüş erməni əhalisinin hüquqlarının müdafiəsinə həsr edilmiş çıxışında deyib.

“Sumqayıtda, sonra da Bakıda, Kirovabadda və Marağada ermənilərə qarşı törədilmiş zoraklıq və vəhşiliklər 1915-ci ildə baş vermiş Erməni Soyqırımının kabus günlərini xatırladırlar. Dövlət səviyyəsi ilə təşkil edilmiş və törədilmiş cinayətlər nəticəsində bir çox ermənilər öldürüldü, bir çox insan yaralandı, zoraklığa məruz qaldı və didergin düşdü”,-deyə prezident qeyd etdi.

Onun sözlərinə görə, bunlar onluqlar boyunca Azərbaycanda təşviq olunan ksenofobiya və xüsusilə də ermənifobiyanın nəticəsidir. Bu gün isə, ermənifobiya Azərbaycanda daha da derinləşib və dövlət siyasətinin xaraktəri daşıyır.

Sargsyanın fikrincə, cəzalandırılmamış hər hansı bir hadisə, saxtalaşdırılmış hər hansı bir fakt, nifrət zəminində itirilmiş hər hansı bir həyat yeni bir faciə ehtimalı deməkdir. Bu, ksenofobiya təşviq və təbliğ edənlərə və bundan bir silah kimi istifadə edənlərə dəstək, regionda nifrətin davamlı dalğası, etnik təmizləmələrə, bəşəriyyətə qarşı ən ağır cinayəti olan Soyqırıma maneəsız bir yol deməkdir.

“Sumqayıt faciəsi və zərəçəkən ermənilər ksenofobiya və ermənifobiyanın qurbanı oldu. Faşizm yolunun bu gün də açıq tutması bütün zəmanələrin faşizm və ksenofobiya qurbanı olanların xatirəsinə hörmətsizlikdir”.

Xatırladaq ki, bu gün Azərbaycanın Sumqayıt şəhərində törədilmiş faciəli hadisələrinin 32-ci il dönümüdür.

Daha çox göstər
Back to top button