Başlıcaİctimaiyyət
Arsen Torosyan: “ER-da koronavirus xəstəylə təmaslanmış 32 nəfər təcrid olunmuşdur”

Ermənistand a koronavirus yoluxmaqda şübhəli bilinən 32 nəfər təcrid olunub. ER Səhiyyə naziri Arsen Torosyan bu haqda Ermənistanda təsdiqlənmiş ilk koronavirus xəstəliyinin ilk təfərrüatlarını təqdim etdi. İzolyasiya edilmiş şəxslər Tsaxkadzordakı Qolden Peles (Qızıl Saray) mehmanxanasında saxlanılır.
“Son məlumatlara görə, koronavirusun təsdiqləndiyi vətəndaşın, müraciəti zamanı yüksək hərarəti olmasına baxmayaraq hal-hazırda hər hansı bir sintomu yoxdur. Qeyd edim ki, onun həyat yoldaşında virus ilə bağlı testin mənfi göstərilib”- deyərək nazir bildirib. O, qeyd edib indiyə kimi 117 sınaq testləri keçirilib və onlardan biri təstiq olunub.