İctimaiyyət

“Azərbaycan koronavirusa qarşı mübarizəyə hazır deyil”

Meydan TV-nin xəbərinə görə, koronavirus Azərbaycanda da panikaya səbəb olub. Apteklərdə isə vəziyyət ürək açan deyil. Bəzilərində qoruyucu maskaların qiyməti qalxıb, həmçinin onu indi tapmaq da çətinləşib.

Əczaçı Fuad Məmmədov deyir ki, depodan apteklərə maskalar limitlə verilir.

Ağciyər Xəstəlikləri İnstitutunda 2 ilə yaxın müddətdə araşdırma aparan hüquqşünas Samir Zeynalov deyir ki, Azərbaycan koronavirusu ilə bağlı mübarizəyə hazır deyil. İnstitutda koronavirus müayinəsinin qiyməti də 100 manat təşkil edir.

Karantinə götürülən vətəndaşlar şəraitdən narazıdır

Astara və Cəlilabad rayon mərkəzi xəstəxanalarında koronovirusa görə karantində saxlananlardan bəziləri oranı tərk etməyə çalışdıqlarını söyləyirlər. Onlar buna səbəb kimi deyiblər ki, xəstəxanalarda şərait yaxşı deyil və sanitar qaydalara tam cavab vermir.

Daha çox göstər
Back to top button