Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusun aşkarlandığı şəxslərin sayı 3-ə çatıb – müxalifət hökumətin ölçülərini tənqid edir

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında da koronavirus xəstəliyinin əlamətlərinin müşahidə edildiyi açıqlanıb.

Bu barədə fevralın 29-da Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.

Bununla da Azərbaycanda koronavirusun aşkarlandığı şəxslərin sayı 3-ə çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantində saxlanılır.

Müxalifət isə, Azərbaycan hökumətinin koronavirusa qarşı ölçülərini tənqid edir:

“Koronavirus ehtimalı ilə guya karantinə götürülmüş vətəndaşlarımızın xəstəxanalarda yaşadığı antisanitariya vəziyyəti, baxımsızlıq, aclıq, bir sözlə, müsibət hətta məni şoka saldı,” deyə AXCP rəhbəri Əli Kərimli sosial mediada Azərbaycan hökumətinin koronavirusa qarşı götürdüyü ölçüləri tənqid edib.

Məsələni şərh edən Cəmil Həsənli bildirir ki, koronavirus təhlükəsinə qarşı ən müdafiəsiz vəziyyətə Azərbaycan əhalisi düşüb. Onun sözlərinə görə, baş verənlərin ciddiliyini anlamayan Azərbaycan rəsmilərinin virusa qarşı hazırlığı qeyri-adekvatdır.

İqtisadçı ekpert Natiq Cəfərli isə, hesab edir ki, yaxın vaxtlarda ölkədə ciddi qiymət artımı gözləmək olar.

Daha çox göstər
Back to top button