BaşlıcaSiyasət

Ermənistan bütün mümkün ssenarilərə hazırlaşır

Böyük Orta Şərq regionunda vəziyyət sürətlə inkişaf edir və Ermənistan geosiyasi sığorta tədbirləri görür. Ekspertlər qeyd edirlər ki, Rusiyanın Gümridəki 102-ci hərbi bazası münaqişə bölgəsinə ən yaxın olanlarındandır və Suriyada Rusiya-Türkiyə qarşıdurması halda Gümri hərbi bazası təhlükə altına düşə bilər. Rusiya bölgədəki inkişafları üçün 102-ci bazadan istifadə edərsə, bu təhlükə daha da dərinləşəcək.

Hər halda bölgədə vəziyyət artıq əvvəlki kimi olmayacaq və Ermənistan hər hansı ssenariyə hazırlaşmalıdır. Yerevan  hadisələrin gözlənilməz inkişafı halda zəmanət yaratmağa çalışır. Bu konteksdə Gürcüstanın müdafiə naziri İrakli Ğaribaşvilinin Ermənistana səfəri nəzərdən tuturuq. Bu səfər çərçivəsində Ermənistan və Gürcütsna 2020-ci ildə müdafiə sahəsində əməkdaşlıq proqramını imzalayıb.

Bundan əlavə, fevralın 28-də Afinada Ermənistan, Yunanistan və kipr müdafiə nazirləri 2020-ci ilin əməkdaşlıq proqramlarını imzalayıblar.

Rusiya da öz növbəsində göstərmək istəyir ki, Ermənistana zəmanət verməyə hazırdır. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib ki, “Ermənistan və Rusiya əməkdaşlığınln güclü təzahürü birgə qoşun hissəsidir ki, Ermənistan, Rusiya və KTMT ölkələrinin təhlükəsizlik vacib məsələlərini həll edir”.

KTMT yeni baş katibi Stanislav Zas Yerevanda elan etdi ki, Ermənistan KTMT-yə kömək üçün müraciət etməyib, lakin əgər müraciət edəsə, ittifaq bunu nəzərdən keçirməyə hazırdır.

Ermənistan bütün mümkün ssenarilərə hazırlaşmalıdır.

Daha çox göstər
Back to top button