BaşlıcaSiyasət

Hindistan Ermənistana 40 milyon dollar dəyərində 4 radar tədarük edəcək

Hindistan Ermənistana 40 milyon dollarlıq razılaşma çərçivəsində 4 “Swathi” radarı tədarük edəcək. Maraqlıdır ki, Rusiya və Polşa da belə sistemlərin Ermənistana tədarük edəcəklərini iddia etdilər. Bu barədə Times Now məlumat yayıb.

Radiolokasiya sistemi Dövlət Müdafiə Araşdırmaları və Təminatı Laboratoriyası (DRDO) və Elektronika və Radiolokasiya inkişafı Laboratoriyası (LRDE) tərəfindən yaradılıb. Sistemlər Bharat Electronics Limited (BEL) şirkləti tərəfindən istehsal olunur.

Yerevan, Hindistan, Rusiya və Polşada istehsal olunan radarlarından Hindistan istehsalını seçib və hava hədəflərini aşkar etmək üçün dörd radar alacaqdır.

Qeyd olunur ki, sistem 50 kilometr məsafəyə qədər artilleriya və raket zərbələrinin mənbəyini müəyyənləşdirən mobil radar sistemidir. Hindistan ordusu Kəşmir təmas xəttində bu sistemlərdən istifadə edir. Bu sistemin radarları Hindistan ordusunda 2018-ci ildə özlərini ən yaxşı şəkildə göstərərk döyüş vəzifələrini yerinə yetirdilər.

Hindistan artıq sistemlərin Ermənistana tədarük olunması üçün hazırlıqlara başlayıb.

Daha çox göstər
Back to top button