
Nüfuzlu BBC-i saytı “Afrikadan məktub” (Letter from Africa) sırasından məqalə dərc edib ki, o da erməni etofiya münasibətlərinə Etopiyada erməni icmasına və hazırkı vəziyyətinə aiddir.
Efiopiyada itirilmiş erməni icmasının izi ilə jurnalist İsmail Einaşen qeyd edir ki, ölkədə olduğu müddətdə dəfələrlə erməni icması və onun tarixi ilə maraqlanmışdır.
19-cu əsrdə İmperator II Menelik hakimiyyəti dövründə orada formalaşan azsaylı erməni icması 20-ci əsrdə Osmanlı İmperiyası tərəfindən həyata keçirilən qırğınlardan xilas olmuş və bu torpaqlarda sığınacaq tapmış ermənilərin sayyəsində daha da genişlənib.
Onlar ölkə iqtisadiyyatının, mədəniyyətinin və ümumi inkişafının formalaşmasında olduqca mühüm rol oynamışlar.
Qeyd edilir ki, Ermənistan və Efiopiya arasında əsasən pravoslav kilsəsi sayəsində güclü bir əlaqə qurulub. Münasibət diplomatlar və tacirlərin sayəsində daha da dərinləşdi.
Məqalədə jurnalistin 1930-cu ildə qurulan Erməni Surb Gevorq Kilsəsinə baş çəkməsindən də bəhs olunur. Sonuncu bu memarlıq quruluşunun bəzəyinə heyran qalır, lakin qeyd edir ki, adi günlərdə orada kahin olmur.Qeyd olunur ki, bu kilsə hər zaman ermənilər üçün icma mərkəzi olaraq xidmət edib.
Efiopiyadakı ermənilərin sayı İmperator Raz Tafarın hakimiyyəti dövründə artmağa başladı. Ayrıca qeyd edilir ki, Yerüsəlimin erməni kilsəsinə ziyarət etdiyi zaman 40 erməni yetim uşaqları görərkən, erməni patriarxından xahiş etdi ki, onlara qayğı göstərmək üçün icazə verilsin.
İmperatorun səyləri sayyəsində uşaqlar sonralar musiqi təhsili aldılar və İmperatorun orkestri tərkibində çıxış etmişlər ki, ona da Efiopiya Dövlət Himnin müəllifi Gevorg Nalbandyan başçılıq edib.
Efiopiyadakı erməni icması 1960-cı ildə özünün çiçəklənmə zirvəsinə çatmışdır, ermənilərin sayı 1200-ə kimi çatddı. 1974-cü ildə Raz Tafarinin devrilməsi və Sosialist Efiopiyanın müvəqqəti hərbi hökumətinin təsdiqlənməsi ilə ölkəyə təzyiq göstərilməyə başlandı, odur ki,ermənilərin əksəriyyəti Efiopiyanı ayrılmağa və əsasən Avropa və Şimali Amerikada məskunlaşmağa başladı.
Hazırda erməni icmasını 100 nəfərdən ibarət yaşlılar qrupu əks edir.qrupu təmsil edir. Bundan əlavə, ölkədə erməni sosial klubu da fəaliyyət göstərir.