BaşlıcaSiyasət

ER və Gürcüstanın istifadə olunmamış böyük potensialı var: Ermənistan-Gürcüstan yüksək səviyyəli danışıqları aparıldı

Gürcüstanda Ermənistan-Gürcüstan  yüksək səviyyəli danışıqları aparıldı.  Gürcüstan Baş naziri Qiorgi Qaxaria ER Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndəliyini  alqışlayaraq, qeyd etdi ki, hər iki tərəfin məsələlərin müzakirəsi üçün geniş gündəliyi var.

“Biz erməni, eləcə də gürcü tərəfi üçün vacib olan bütün məsələlərə toxunacağıq. Mən ölkələrimizin  demokratik inkişafını və  regionda sülh məsələsini qeyd etmək istəyirəm. Ölkələrimizin iqtisadi inkişaf məsələsinin əsası budur.  Regionda bütün münaqişələr sülh yoluyla həll olunmalıdır”- deyə  Gürcüstan Baş naziri qeyd etdi. O, Gürcüstanın Avroatlantik inteqrasiya ilə bağlı arzularını təqdim etdi, bunun xalqlarının qərarı olduğunu bildirdi. Giorgi Qaxaria, eyni zamanda, qeyd etdi ki, Ermənistanın Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığını alqışlayır.

“Dediyiniz kimi, ölkələrimizin demokratik inkişafı təhlükəsizliyimizin və iqtisadi inkişafımızın əsasıdır. Əminəm ki,  bu gün görüşümüz demokratik bir prosesə doğru daha bir addım olacaq”- deyə Gürcüsyan Baş naziri vurğuladı.

ER Baş naziri Nikol Paşinyan öz sözündə  vurğuladı ki, iki ölkələrin münasibətlərində istifadə olunmamış böyük potensialı var. Onun sözlərincə, bu potensialın tam istifadəsi gündəliyin vacib hissəsidir.

ER Baş nazirinin  fikirincə, iki ölkələr  iqtisadi əməkdaşlığı tamamilə yeni səviyyəyə qaldırması üçün bir çox imkanlara malikdir.

“Bu baxımdan  demokratiya da çox vacibdir. Gürcüstanın Avroatlantik inteqrasiya ilə bağlı arzularını hörmətlə yanaşırıq. Məlumdur ki, ölkələrimizdə təhlükəsizlik sistemləri barədə bir qədər fərqli təsəvvür var. Ancaq fikrimcə, təhlükəsizliyimiz haqqında ümumi bir fikrimiz var. Ermənistan Gürcüstan üçün təhlükəsizlik təhdidi ola bilməz, Gürcüstan isə Ermənistan üçün təhlükəsizlik təhdidi ola bilməz. Baş nazir vəzifəsinə gəldikdən qısa müddət sonra ilk dəfə Gürcüstana rəsmi səfər edərək, gələcək münasibətlərimizin təməlini qoymaq üçün bu formulanı təklif etdim”- deyə Baş nazir qeyd etdi.

Nikol Paşinyan vurğuladı ki, Ermənistan Gürcüstanın  bütün münaqişələrin yalnız  sülh yoluyla  həll olunması mövqeyini alqışlayır.

Daha çox göstər
Back to top button