BaşlıcaEkonomika

Ermənistan banklarında təxminən 3,1 trilyon dram depozit var. 1 trilyon qeyri-rezidentlərindir

Ermənistan depozit həcmi  davamlı artmaqdadır, ötən il 19 faiz ilə artıb.  Bu il mövcud təminən 3.1 trln dram (6.5 mlrd dollar) depozitlərdən 1 trln dramı (2 mlrd dollar) qeyri-rezidentlərin depozitidir. Bu barədə Armenpres ilə söhbət zamanı ER  Mərkəızi bankının Maliyyə sisteminin stabilliyi və inkişafı şöbəsinin rəisi Andranik Qrigoryan bildirib.

 2018-ci ilin sonunda  depozitlər təzminən 10.7 faiz ilə artıb.

2018-ci ildəki inqilab günlərində bəzi insanların depozitlərinin banklardan çıxardıqlarına dair məlumatlara toxunaraq, qeyd etdi ki, həqiqətən 2018-ci ilin əvvəlində, siyasi hərəkatlar başlayanda müəyyən bir axın var idi. “Bunlar qeyri-rezidentlərin əmanətləri ola bilər. Ancaq onları başqa bir yerə aparmadılar, 3-4 aydan sonra geri döndülər. O zaman 10 faizdən çox artım oldu. Bu olduqca yaxşı bir göstərici idi və bu, maliyyə sisteminə, bank sisteminə inamdan danışır”- deyə Qrigoryan qeyd etdi.

O, vurğuladı ki, maliyyə stabilliyinə  hər şey təsir göstərə bilər, lakin bu maliyyə stabilsizliyini göstərmir. “Xüsusiyyətimiz odur ki, çox yaxşı kapitallaşdırılmış sistemimiz var və investor və müştəri banklara inanır”- deyə o, qeyd etdi.

Daha çox göstər
Back to top button