BaşlıcaBeynəlxalq

Konqresmen Frank Pallone Ermənistan və Artsaxa maliyyə yardımını artırmağa çağırıb

Amerikalı konqresmen Frank Pallone ABŞ-nı Ermənistanla ticarət əlaqələrinin və demokratiyanın qurulmasında köməyini artırmağa,  2021-ci maliyyə ilində Artsaxa yardım göstərməyə çağırıb. Bu haqda Amerikadakı Erməni Assambleyası məlumat yayıb.

Nümayəndələr Palatasının Təxsisatlar komitəsinin Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsində çıxış edən Pallone Artsaxda mina və partlamamış hərbi sursatın təmizlənməsi səyləri çərçivəsində The HALO Trust tərəfindən edilən xilasetmə işlərindən danışdı və mülki şəxslərin həyatını qorumaq və bu proqramı bölgədə davam etdirmək üçün Artsaxda minatəmizlənmə proqramları üçün 1,5 milyon dollar ayrılmasını xahiş etdi.

Ermənistanda demokratiik idarəetmənin yaxşılaşdırılmasına gəlincə isə, Pallone Ermənistan hökumətinin vətəndaş cəmiyyətini və demokratik təsisatları gücləndirmək üçün atdığı addımlara diqqət çəkərək qeyd edib: “ABŞ Konqresi bu prosesə yardım göstərib, ölkənin demokratikləşsinə təşviq edə bilər”.

O, Alt Komitədən Ermənistanın iqtisadiyyat, idarəetmə, qanunun aliliyi və təhlükəsizlik sahələrində kömək üçün 100 milyon dollar ayırmağa çağırıb.

Bundan əlavə, Pallone ABŞ tərəfindən Azərbaycan və Ermənistana ayırılan hərbi yardım  arasındakı bərabərsizliyini vurğulayaraq, Birləşmiş Ştatlara, Azərbaycan hökuməti Ermənistan və Artsaxa hücumlarını dayandırmadan və münaqişənin sülh yolu ilə həllinə razılıqv erməyənədək Azərbaycana hərbi yardımı dayandırmasını təklif etdi.

Məlumata görə, son iki ildə Azərbaycan birbaşa ABŞ Müdafiə Nazirliyindən 100 milyon dollar pul alıb.

Daha çox göstər
Back to top button