
Tanınmış rus videobloqer Yevqeni Savin “КраСава”nən verlişinin növbəti buraxılışı İtalyanın “Roma” və Ermənistanın Milli Yığma komandasının yarım müdafiəçisi Henrix Mxitaryana həsr olunub.
Yevgeni Savinlə söhbətində 31 yaşlı yarımmüdafiəçi karyerasının mühüm məqamlarına toxunub, erməni futbolundakı mövcud problemlər, azərbaycanlılardan aldığı təhdidlər, Yurgen Klop və “Mançester Yunayted”də Joze Mourinyo ilə konflikti barədə danışıb.
“Erməni futbolunda ən böyük problemi ondan ibarətdir ki, oyunçular öyrənmək istəmirlər. Fudbolçular tənbəldir, elə məşqçilər də. Əlbəttə ki, bu hər kəsə aid deyil, kimisə tənqid etmək istəmirəm. Avropada və Ermənistandakı insanlar fərqli iş haqqında fərqli təssəvvürlərə sahibdir. Əksər ermənilər deyirlər: “Mən yatmaq, oyanmaq və yastığımın altından bir milyon dollar görmək istəyirəm”. 15 yaşımdakən ilk 20 dolları, sonra 40, 80 və 120 dolları qazandım. Heç vaxt şikayət etməmişəm və işləməyə davam edirəm. Çalışın və zövq alın.
Mən azərbaycanlılardan çox təhdidlər almışam.. Facebook, Instagram-da hədələnmişəm, bununla belə bütün bunlara əhəmiyyət verməmişəm.. Mən fəxr edirəm ki erməniyəm” deyərək Mxitaryan bəyan edib..
Henrix Mxitaryan söyləyib ki, “Mançester Yunayted” də oynayarkən komandanın baş məşqçisi KİV səbəbindən Joze Mourinho ilə konfliktim olub.
“Bir səhər Mourinyo gəldi və dedi ki, məndən ötrü mətbuat tərəfindən tənqid olunub. Mən də cavab verdim ki, elə bir iş görməmişəm ki, o səbəbdən də tənqid oluna.
Mançester Yunayteddə oynayan illər ərzində həftədə ən az 3 gün paparatsilərin diqqəti mərkəzindəolmuşam . Hər şeyi çəkirdilər akademiyaya getməyi, çıxmağı, bir sözlə hər addımı hədəfləyirdilər.
Mourinyo karyeramın ən sərt məşqçisi olub. O öz təbiəti ilə qalibdir. Mourinyo istəyir ki, sən qalib gələsən və onun tələb etdiyi bütün işləri görməyi istəyir.Hər kəs üçün Mourinho ilə işləmək çətindi, fikir ayrılıqları və qarşıdurmalar oldu, bununla belə bu, yaxşı işimizə və qazandığımız 3 kuboka təsir etmədi.
“Mançester Yunayteddən” uzaqlaşmaq barəədə o zaman fikirləşdim haçan ki, bir oyundan sonra Mourinyo mənim işimdən narazılıq etdi.Mən düşündüm ki, işləyirəm komandaya yardım edirəm qollar vururam və kimsə biri narazılıq edir.O zaman anladım ki, Mançesterdə görəcək işim yoxdur”-deyərək erməni yarımmüdafiəçi qeyd ed Mxitaryan, tanışlığının ilk günündən bəri Borussiya Dortmundun baş məşqçisi Yurgen Klop ilə gözəl münasibətlərinin olduğunu söylədi.ib.
“Klop ilk görüşümüzdə məni qucaqladı və dedi ki, “Borussiya” ilə müqavilə balamayınca əldən buraxmayacaqdır.
Klopp Dortmunda qayıdacağımı vəd etməyimi istədi. O, mənim üçün qardaş və ata kimi olub. “Borussia”ya dəyişildikdən sonra mən futbolu anlamağa başladım”- deyərək Mxitaryan qeyd edib.
Erməni futbolunun lideri həmçinin Donetski “Şaxtyor”unda oynayarkən Moskvanın “Spartak” və Mahaçqalanın “Anji” si ilə müqavilə imzalamaq imkanının olduğunu da qeyd etdi.
“Şaxtyor” da oynayarkən MDB-nin ən güclü komandasında şıxış edəcəyimə əmin idim. Avropaya köçmək və Avropa futbolunda gücümü sınamaq istəyirdim və buna görə də “Spartak” dan imtina etdim.
“Angie”-yə gəlincə, o komanda mənə astronomik maaş təklif edirdi, amma mənim bir arzum vardı və arzumun dalınca yollandım.
O zaman “Anjie” nin lideri Samuel Eto ildə 20 milyon avro maaş alırdı. Mənə bir balaca az təklif olundu” –deyərək Mxitaryan qeyd edib.
Xatırladaq ki, transfer hüquqları Londonda “Arsenal” a məxsus olan Henrix Mxitaryan bu mövsüm “Roma” tərkibində 17 matçda oynayıb, 6 qol və 3 qol ötürmə müəllifidir.