BaşlıcaSiyasət

Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri başladı

ER baş naziri Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri başladı. Bu, Nikol Paşinyanın Gürcüstana edilən ikinci rəsmi səfəridir.

ER Baş nazirini Tbilisi beynəlxalq hava limanında Gürcüstan Xarici İşlər naziri David Zalkaliani qarşıladı.

“Qonşu ölkələri arasında sıx əlaqələrin olması çox vacibdir. Qeyd olunmalıdır ki, bu, Ermənistan Baş nazirinin Gürcüstana edilən artıq ikinci rəsmi səfəridir. Onun, Gürcüstana ilk səfəri bu vəzifəyə seçildikdən sonra olub. Qonşular arasında olan belə ikitərəfli intensiv səfərlər Ermənistan üçün Gürcüstanın, Gürcüstan üçün isə Ermənistanın əhəmiyyətini sübut edir”,-deyə David Zalkaliani qeyd etdi.

Baş nazir Nikol Paşinyanın rəsmi qarşılama mərasimi Gürcüstanın hökumətində keçirilib. Paşinyanı Gürcüstan hökumətinin başçısı Giorgi Qaxaria qəbul edəcək. Gürcüstan və Ermənistanın Baş nazirləri təkbətək və geniş formatda görüşəcəklər. Sonra isə, Georgi Qaxaria və Nikol Pashinyan mediaya açıqlama verəcəklər.

Rəsmi səfər çərçivəsində Ermənistan Respublikasının Baş naziri Gürcüstan Prezidenti Salome Zurabişvili və parlament sədri Arçil Talakvadze ilə görüşəcək.

Nikol Paşinyan nümayəndə heyəti üzvləri ilə birlikdə Gürcüstanın birliyi uğrunda mübarizədə həlak olmuş qəhrəmanların xatirəsini ehtiramla yad edəcək.

Ermənistan nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri martın 4-də başa çatacaq.

Daha çox göstər
Back to top button