BaşlıcaSiyasət

Türkiyə Qarabağ münaqişəsinin sülh yolu ilə həllində rol oynaya bilməz: Anna Nağdalyan

Ermənistan Respublikasının Xarici işlər nazirinin mətbuat katibi Anna Nağdalyan Dağlıq Qarabağ münaqişəsinnin sülh yoluyla həlli  barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyanatına toxunub. ATƏT Minsk qrupunun həmsədrləriylə  Türkiyə Xİ nazirinin görüşü barədə sualını və ER XİN spikeri Anna Nağdalyanın cavabını təqdim edirik.

Sual: Dünən Türkiyə Xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutdu. Türkiyənin Dağlıq Qarabağ sülh prosesində iştirakını necə qiymətləndirirsiniz?

Cavab: Artıq ER Xİ nazirinin müvafiq reaksiyası olmuşdur. Əlavə edək ki,  Ermənistana və erməni xalqına qarşı dostsuz, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycana birtərəfli hərbi-siyasi dəstək verilməsində öz əksini tapan siyasətlə Türkiyə  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində heç bir rol oynaya bilməz.

Daha çox göstər
Back to top button