BaşlıcaSiyasət

Zohrab Mnatsakanyanın Mövlud Çavuşoğluna cavabı: “Həkimsiniz özünüzə şəfa verin”

Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan “Twitter”də olan səhifəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşünü şərh edib.

“Türkiyənin Xarici işlər naziri Movlut Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinə verdiyi tövsiyəsi Lukas 4: 23-ü  yada salır: “Həkimsiniz özünüzə şəfa verin”  deyərək Mnatsakanyan öz “Twitter”  səhifəsində yazıb.

Mevlut Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb. Görüşdən sonra türkiyəli nazir  Tviter-də yazı yerləşdirib. “Bu gündən etibarən Minsk qrupu Qarabağ məsələsinin həlli üçün daha fəal iş görməlidir. Bu qərar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır”-deyərək  Çavuşoğlu yazıb.

Daha çox göstər
Back to top button