Ermənistan yeni növ koronavirusun diaqnozu üçün 2000 test alacaq

Ermənistanda yeni bir növ koronavirus diaqnozunun qoyulması üçün 1000-ə yaxın laboratoriya testi var və martın 6-da daha 2000 test alacaqdır. Bu haqda Səhiyyə naziri Arsen Torosyan “Azadutyun” radiosunda Karlen Aslanyanla müsahibəsi zamanı qeyd edib.
”Bundan başqa, Birləşmiş Krallıq və Rusiya Federasiyası ilə də danışıqlar aparırıq. Çin, Yaponiya və ABŞ-dan da təkliflər var. Hələlik düşünürük, yeni testləralaq ya yox, çünki bu günə qədər tərəfdaşlarımız tərəfindən yardım olaraq testlər almışıq.
Ehtiyac olmaya bilər, çünki proqnozlarıma görə, alovlanmanın cüziləşməsinə doğru gedirik.Bir çox ekspert bu proqnozları həmçinin bölüşür” – deyərək Torosyan qeyd edib..
Nazirin sözlərinə görə, Ermənistanın sərhəd buraxılış məntəqələrində hərəkətlərə nəzarət öz nəticələrini verir, bəkə də əlavə testlər əldə etməyə ehtiyac olmasın.
Ermənistanda koronavirusla yoluxmaqda şübhəli bilinən 32 nəfər təcrid olunub. İzolyasiya edilmiş şəxslər Tsaxkadzordakı “Qolden peles” mehmanxanasında yerləşdirilib.