BaşlıcaBeynəlxalq

Freedom House: Ermənistandakı liberalizasiya Qarabağa münsbət təsir göstərib. Azərbaycan qeyr-azad ölkələr sırasındadır

Freedom House hüquq-müdafiə təşkilatı martın 4-də açıqladığı illik hesabatında bildirir ki, 2019-cu ildə siyasi və mülki hüquqlar üzrə proqres əldə edənlərlə müqayisədə geriləyən ölkələrin sayı iki dəfə artıb, “qlobal azadlıq sahəsində 14-cü ildir dalbadal pisləşmə baş verir”.

Şimali Makedoniya hüquqlar və azadlıqlar üzrə ən çox irəliləyiş əldə edən ölkələr kimi sadalanır. Azadlıq Radisounun xəbərinə görə, 49 ölkə “qeyri azad” sayılıb, Azərbaycan, Türkmənistan, Tacikistan bu sıradadır.

Azərbaycan siyasi hüquqlar üzrə 2, mülki hüquqlar üzrə 8, yəni cəmi 10 bal yığaraq qeyri-azad ölkələr sırasında yer alıb. Hakimiyyət təmsilçiləri indiyədək oxşar tənqidləri qəbul etməyib, ölkədə təməl hüquq və azadlıqların tam qorunduğunu söyləyiblər.

Ukrayna və Ermənistanın yeni liderləri üçün ümidverici əlamətlərin olduğu bildirilir.

Ermənistan 53, Gürcüstan 61 balla qismən azad, İran 17, Rusiya 20, Türkiyə 32 balla qeyri-azad ölkələr elan olunub.

Hesabata görə, Ermənistanda Baş nazir Nikol Pashinyanın hakimiyyətə gəlməsi ilə ölkənin demokratiya hədəflərini uzun müddət əngəlləmiş kleptokratik qüvvələrin kökünü kəsmək yönündə ilkin addımlar atılıb.

Hesabatın Dağlıq Qarabağına aid hissəsində qeyd olunur ki, Qarabağda sentyabrı ayında yerli seçkiləri ərifəsində rəqabət və vətəndaş cəmiyyətinin fəallığı artıb. 2020-ci ildə Dağlıq Qarabağda prezident və parlament seçkilərində əlavə dəyişikliklər üçün bir platforma yaradılıb.

Daha çox göstər
Back to top button