BaşlıcaTəhlil

Martın 5-də keçiriləcək Ərdoğan-Putin görüşündə Suriya məsələsi ilə bağlı hansı ssenarilər müzakirə olunacaq?

Suriyada hərbi gərginliyin azalması olsa da, ümumi vəziyyət dəyişməz qalacaq, çünki bəzi yerlərdə toqquşmalar hələ də davam etməkdədir. Bunu NEWS.am-ə müsahibədə ərəbşünas Sargis Qrigoryan bildirərək, əlavə edib ki, məhz bu hadisələr Suriya ilə bağlı beynəlxalq gündəmi diktə edir.

“Uğur hökumət qoşunlarının tərəfindədir və Türkiyə rəsmilərinin bəyanatlarından elə görünür ki,  Türkiyə Silahlı Qüvvələrinin cəlbi azalır”,-deyə ərəbşünas qeyd etdi.

Qrigoryanın proqnozlarına görə, martın 5-də keçiriləcək Putin-Ərdoğan görüşündə konkret həll yolları müzakirə olunacaqdır. Məsələn, Suriyanın şimalında 900 km uzunluğunda olan və İdlibi də daxil edən Türkiyə təsir zonasının yaradılma məsələsi gündəmdə ola bilər.

“İstisna deyil ki, Suriyanın şimalında kürdlərin siyasi təsirini zəiflətmək təklifi də müzakirə ediləcək. Digər bir varyantı isə, 25-30 km dərinliklə ümumi təhlükəsizlik zonasının yaradılmasıdır, lakin bu halda ABŞ-ın maraqları da nəzərə alınmalıdır”.

Ekspert vurğulayıb ki, tərəflərdən hər biri bu prosesdə öz qeosiyasi məsələlərini həll etmək niyyətindədir.

Qrigoryanın sözlərincə, Rusiya Suriyada Əsəd və ya Ələvilərdən birinin hakimiyyətdə olmasını istəyir ki, ölkədə öz hərbi mövcudluğunu saxlaya bilsin, ABŞ-ın regiondakı təsirini isə, azadılsın.

“Türkiyə də öz növbəsində təhlükəsizlik məsələsini həll edir. Onun üçün əsas təhdid kürd faktorudur və Suriyada Türkiyənin hərbi əməliyyatları məhz bu probləmin həllinə yönəlmişdir. Bundan başqa, Suriyada yaşayan 250 min türkmənlərin məsələsi də Ərdoğanın diqqət mərkəzindədir və Türkiyə bu faktordan istifadə etmək istəyir.

İran isə. Artıq uzun zamandır ki, Suriya vasitəsilə Liviaya və Hizbullaha silah təchizatı aparır və ərəb respublikasında fəaliyyət göstərən hakimiyyətinin qorunmasında maraqlıdır. Bundan başqa, İran Suriya cənubunda Anti-İsrail zonasının yaradılmasını və ABŞ təsirinin azadılmasını istəyir”,-deyə ekspert bildirib.

Daha çox göstər
Back to top button