İctimaiyyət

Qazaxıstan limanları Azərbaycan və İran gəmiləri üçün bağlı olacaq

Qazaxıstanın dəniz limanlarında Azərbaycandan və İrandan adamları və nəqliyyat vasitələrini daşıyan gəmilərin xidməti müvəqqəti olaraq dayandırılıb. Bu tədbir koronavirusun yayılması təhlükəsi ilə əlaqədardır. “Turan” informasiya agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye Nazirliyi bildirib.

Xarici yük gəmilərinin ekipajlarına Aktau və Kurık limanlarına daxil olmaq qadağa edilib.

Bundan əlavə, martın 5-dən İran vətəndaşlarının Qazaxıstana girişi qadağan ediləcək.

Daha çox göstər
Back to top button