Başlıcaİctimaiyyət

Türk mətbuat vasitəsinin baxışı: “Ermənistanın 5 ulduzlu karantini”

Türkiyənin “NTV” televiziya  şirkətinin  saytı Ermənistandakı koronavirus infeksiyası şübhəsi ilə vətəndaşların yüksək səviyyəli mühmanxanaya təcrid olunmasından yazıb.Bu haqda regionmonitor.com qeyd edib.

“Ermənistanda koronavirusa qarşı 5 ulduzlu karantin”  başlıqlı məqalədə qeyd olunur ki,  virusa yoluxanlara  qarşı  bəzi ölkələrdən fərqli olaraq Ermənistanda  başqa metod   icra edilir.

“Bəzi ölkələrdə hətta koronavirusa yoluxmaqda şübhəli bilinsələr də, Türkiyənin Şimal-Şərqindəki qonşu Ermənistan fərqli davranır.

İrandan gələn bir İran vətəndaşı tərəfindən koronavirus aşkar edildikdən sonra, Ermənistanın Baş naziri Nikol Paşinyan onunla  təmasda olunan karantin altına alınan şəxsləri 5 ulduzlu  mehmanxanaya yerləşdirilməyi əmr etdi.  

Mehmanxanada onların  bütün ehtiyacları  təmin olunur”- deyərək  yazıda qeyd olunub.

Mətbu  məqalədə   mehmanxana  nömrələrinin fotoşəkilləri həmçinin dərc olunub. Yeri gəlmişkən qeyd edək ki, məqalədə  olan mehmanxana şəklinin  ER sığınacaqdakı  vətəndaşlarının  hər hansısa  əlaqəsi olmayıb.

Daha çox göstər
Back to top button