BaşlıcaİdmanSiyasət

“Türkiyənin Qarabağ danışıqlarından mümkün qədər uzaq olması onun ən yaxşı əməli olar”

Parlamentin “Mənim addımım” fraksiyasının üzvü Tatevik Hayrapetyan parlament bəyanatları zamanı  Türkiyənin Xarici işlər naziri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşünə toxundu.

“Nəticə artıq  bəllidir.Türkiyə bizim üçün  təhdiddir.Türkiyənin yürütdüyü  iş tərzinin nəticələrini biz hələ  100 il əvvəl şahidi olmuş və dərimiz üzərində onun fəsadlarını  hiss etmişik..

Türkiyənin bu gün Suriyada  törətdiyi əməlləri 20-ci əsrin əvvəllərində ermənilərə qarşı törədilmiş vəhşiliklərin  tamamilə  təkrarıdır”-deyə deputat qeyd edib.

Tatevik Hayrapetyanın sözlərinə görə, Türkiyə tərəfinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşünə gəldikdə, qeyd etmək lazımdır ki, bu görüş nə son, nə də ilk deyil: “Bəli belə görüşlər   həmçinin  əvvəllər də olub.

Türkiyə ATƏT-ə üzv dövlət olaraq hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində son dərəcə yaxından iştirak etməyə çalışmışdır ki, o da ona haçansa  nail olmayıb və ola da bilməz.Ona görə ki, Türkiyə özünün  bütün bəyanatları və  iş tərziylə,   tam  Azərbaycanpərəst mövqeyi var.

Əgər Türkiyə həqiqətən həll prosesinə töhfə vermək istəyirsə,onun  ən yaxşı  töhfəsi Qarabağ danışıqlar prosesindən mümkün qədər uzaq olmaqdır.Ona görə ki, məsələyə  Türkiyənin zərərdən başqa heç bir təsiri ola bilməz”- deyərək Tatevik Hayrapetyan  bəyan edib.

Daha çox göstər
Back to top button