BaşlıcaEkonomika

2021-ci ildə Yerevan şəhərinin Azərbaycandan sürülmüş və evsiz-eşiksiz qalmış adamların mənzil məsələsi tamamiyə həll olunacaq

Bu günkü parlament və hökumət üzvləri ilə görüşü zamanı  deputat Arpi Davoyan Azərbaycandan didərgin düşmüş ailələr üçün  hökumətin  verdiyi qərara əsasən  mənzil veriləcəyi  proqramının inkişafının  necə olacağı barədə maraqlandı.

“Bu gün Yerevanda Azərbaycandan didərgin düşmüş və 30 ildir evsiz qalan vətəndaşların dam örtüyü məsələsini həll etmək üçün hökumətin qərarı qəbul edildi”-deyərək Suren Papikyan əlavə edib ki, hələ  112  ailələr  həmin sertefikatı almalıdır.

O, prosesin mərhələli şəkildə aparılacağını və 2021-ci ildə Azərbaycandan məcburi köçkünlərin və evsizlərin Yerevana  köçürülməsi məsələsinin tamamilə həll olunacağını qeyd etdi.

Bölgələrdə yaşayan vətəndaşların problemlərinə gəlincə, Papikyan illərdir problemlərinin həll edildiyini, Yerevan şəhərinin dövlət üçün maddi baxımdan daha ağır bir yük olduğunu söylədi. “İndi bu ağır yükü öz üzərimizə götürdük”-deyərək nazir sözlərini yekunlaşdırdı.

Xatırladaq ki, bu gün Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan bir sıra vətəndaşlara mənzillərin alınması ilə bağlı sertifikatları təhvil vermişdir.

Daha çox göstər
Back to top button