İctimaiyyət

Azərbaycanlı vəkil: “Bu gün bu mükafatı nəyə görə alıramsa, öz ölkəmdə ona görə cəzalandırılıram”

Martın 4-də azərbaycanlı vəkil Şəhla Hümbətova ABŞ Dövlət Departamentinin “Cəsarətli qadınlar” mükafatını (IWCA) alıb.

“Turan” informasiya agentliyi xəbər verir ki, mükafatı Ş. Hümbətovaya ABŞ-ın birinci xanımı Melaniya Tramp və dövlət katibi Mayk Pompeo Azərbaycanda əsas azadlıqların qorunmasındakı işinə və şəxsi riskə baxmayaraq, siyasi baxımdan həssas hallarda müttəhimləri müdafiəsinə görə təqdim ediblər.

“Bu gün bu mükafatı nəyə görə alıramsa, öz ölkəmdə ona görə  cəzalandırılıram”, – deyə Ş.Hümbətova söyləyib.

Qeyd edək ki, 2019-cu ilin noyabrında Azərbaycan Vəkillər Kollegiyası Ş.Hümbətovanın lisenziyasını dayandırıb, keçmiş müştərinin şikayəti əsasında və guya üzvlük haqqını ödəmədiyinə görə işdən kənarlaşdırılmasına nail olub.

Lakin işdən kənarlaşdırılmanın əsl səbəbi siyasi motivli proseslərdə insan hüquqlarını qorumasıdır.

“Təsəvvür edin ki, öz ölkənizdə belə fəallığa görə cəzalandırılırsınız, başqa ölkədə isə  ən yüksək səviyyədə təltif olunursunuz”, – Ş.Hümbətova deyib.

Daha çox göstər
Back to top button