Başlıcaİctimaiyyət

Ermənistan epidemyaların qarşısının alınmasında yüksək yaşıl zonadadır

Epidemyaların  qarşısının alınmasında dünya ölkələri sırasında  Ermənistanın 90 balla yüksək göstəricisi var. Epidemyaların qarşısının alınması preventepideics.org saytı bildirir ki, Ermənistan epidemiyalara qarşı yaxşı hazırlaşır.

“Sağlamlıq təhdidlərini aşkar etmək, dayandırmaq və qarşısını almaq üçün əməliyyat sistemlərinə sahibdirlər, lakin insanlar üçün bu müdafiə səviyyəsini qorumaq üçün çalışmalıdırlar”- deyə veb saytda qeyd edilib.

Saytın interaktiv xətirəsində müdafiə üçün etibarlı qorunma səviyyəsinə sahib olan ölkələr yaşıl rənglə göstərilir.  Qeyd olunur ki, Ermənistan ReadyScore-un 80 və daha ballara çatıb və göstəricisini yaxşılaşdırmaq üçün çalışır.

Sayta əsasən, epidemyaların qarşısının alınmasının ən güclü tərəfləri koordinasiya, ünsiyyət, təbliğat, təhlükəsiz qida məhsullarıdır. Ermənistanda heyvandan insana keçən xəstəliklərin qarşısının alınması yüksək səviyyədədir. Zəif cəhətlərdən biri də antibakterial dərmanlara qarşı sabitliyidir.

Ermənistanın qonşu ölkələrindən Gürcüstan da təqdim olunur. Onun 57 balı var. 90 və daha ballara malik olan ölkərin sırasında Kanada, Yaponiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləridir.

ER Baş nazirinin müavini Tiqran Avinyan  öz “Facebook” sosial səhifəsində bu göstəriciyə toxunub. “Ermənistan epidemiyaların aşkarlanmasına, dayandırılmasına və qarşısını almağa hazırdır”- deyə baş nazirinin müavini qeyd edib.

Daha çox göstər
Back to top button