BaşlıcaSiyasət

Həm Ermənistan, həm də Gürcüstan hesab edir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır: Paşinyan

Gürcüstan münaqişələri olan bir ölkədir, amma onun rəsmi mövqeyi odur ki, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır. Bunu martın 4-də Parlamentin iclasında Baş nazir Nikol Paşinyan deputatların suallarına cavab verirkən bildirib.

O qeyd edib ki, Gürcüstana edilmiş səfər ərzində əsas mövzulardan biri regiondakı gərginlikdir:

“Təəssüf ki, bölgəmiz uzun müddətdir gərgindir”,-deyə Baş nazir əlavə etdi ki, Ermənistan və Gürcüstan bu gərginliyin azaltmasında maraqlıdır. “Bu istiqamətdə olan əməkdaşlığımız regionumuzda sabitliyin və sülhün qorunmasına töhfə verəcəkdir”.

Baş nazirin sözlərincə, Gürcüstanın da münaqişələri vardır, amma onun rəsmi mövqeyi bütün münaqişələrinin sülh yolu ilə həll olunmasıdır. “Bu çox önəmli bir incəlikdir, amma təəssüf ki, tez-tez vurğulanmır. Qeyd etmək istəyirəm ki, bu da Ermənistan və Gürcüstanın ortaq bir fikridir ki, münaqişələr sülh yolu ilə həll olunmalıdır. Bu bizim üçün tərəfdaşlıq sahəsidirmi? Bəli, bu bizim üçün tərəfdaşlıq bir sahəsidir”,-deyə Paşinyan vurğuladı.

O həmçinin bildirib ki, qonşu ölkəyə edilmiş səfər uğurlu keçib və bu münasibətlə gürcü tərəfinə öz təşəkkürünü ifadə edib.

Fərqli xarici siyasi vektorlarına baxmayaraq, əməkdaşlıq barədə danışanda Baş nazir qeyd edib ki, erməni və gürcü xalqları əsrlər boyunca sülh və harmoniya içində eyni regionda yaşayıblar. “Aramızda düşmənçilik yoxdur, çünki böyük münaqişələrimiz olmadı. Strateji əməkdaşlıq barədə danışanda isə, biz gələcək 100 il üçün planlaşdırılan strateji əməkdaşlığı nəzərdə tuturuq”.

Xatırladaq ki, 3-4 martda ER Baş naziri Nikol Paşinyan ikigünlük səfəri ilə Gürcüstanda idi. Səfər çərçivəsində Baş nazirin gürcü həmkarı Georgi Qaxariya, prezident Salome Zurabişvili, parlament sədri Arçil Talakvadze və Gürcü Ortodoks Kilisesi Patriği 2.İlia ilə görüşləri olub.

Daha çox göstər
Back to top button