Başlıcaİctimaiyyət

İrandan Azərbaycana gedən daha üç vətəndaşda koronavirus aşkar edilib

İrandan gedən daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 5-də yaydığı məlumatda deyilir.

Bu şəxslər 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı və Qum şəhərində təhsil alan 1994 və 1999-cu il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır.

Hər üç şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti qənaətbəxşdir, onların müalicəsi üçün zəruri tədbirlər görülür, deyə məlumatda bildirilir.

Beləliklə, Azərbaycanda koronavirus xəstələrinin ümumi sayı 6 nəfərə çatıb. Onlardan dördü Azərbaycan vətəndaşı, biri Rusiya, biri isə Almaniya vətəndaşıdır. Onlar hamısı İranda xəstəliyə yoluxub.

Daha çox göstər
Back to top button