BaşlıcaSiyasət

Putin-Ərdoğan görüşü öncəsi ekspert rəyi:“Putin Ərdoğana deyə bilər, axmaq deyilsənsə bütün bunları dayandır”

Ərdoğan tamamilə  qeyri-sağlam siyasət  yürütdüyü üçün Türkiyəni  heç kim  sevmir. Bu  haqda  Pravda.ru ilə söhbətində  Rusiya Geosiyasi Məsələlər Akademiyasının  sədr müavini Vladimir Anoxin bildirib..

“Türk güclərinin terror təşkilatları ilə yenidən birləşməsi, beynəlxalq əlaqələrin, Soçi və digər  şərtləşmələrin süqutudur.. Məqsəd, Yaxın Şərqdə Türk xilafətini  yaratmaqdır”-deyərək  o qeyd edib.

Anoxinə görə,  oxşar hərəkətlər Qərb aləmində Türkiyənin nüfuzunun  uçuruma düşməsinə düşməsinə səbəb olur. “Orada əla başa düşürlər  ki, Ərdoğan, daha çox  türk ordusundan      qorxur, nəinki qalan digər ordulardan  xüsusən uğursuz çevrilişdən sonra”- deyərək  ekspert qeyd edib.

Onun sözlərinə görə, qaçqınları şantaj etdiyinə və Liviyaya terrorçu göndərdiyinə görə, Avropa Erdoğanı “qətiyyən  qəbul edə bilmir”.

Anoxin, həmçinin qeyd edib ki, Rusiya “türk axını” səbəbindən    kifatər qədər “ yöndəmsiz  bir vəziyyətdə” peyda  olunub.Ona görə ki, “borularla Türkiyə ilə bağlanıb” və məcburdur ki, “pis oyunlar şəraitlərində  yaxşı əhval-ruhiyyə  nümayiş etsin”.

Ekspertin fikrincə, Putin və Ərdoğan arasındakı görüşdən sonra müharibə  ya elə, ya belə  birdir davam ediləcək.

“Türkiyənin Suriyadakı və Liviyadakı davranışını qiymətləndirsək, Putinin Ərdoğana söyləyə biləcəyi yeganə şey budur: qulaq as, axmaq deyilsənsə, orada  törətdiyin əməlləri dayandır” – deyərək   Vladimir Anoxin əlavə edib ki, özünün fikrincə, nəhayət türklər “quyruqlarını çəkəcəklər” və mövqelərinin dəyişdirilməsi ilə bağlı siyasi  bəyanatlar  edərlər di gəl ki, artıq onlara  inanan olmayacaq.

Daha çox göstər
Back to top button