
Putin, əldə edilən razılaşmaların İdlibdəki vəziyyətin nizamlanması üçün əsas olacağına inandığını bildirdi.
Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Receb Tayyib Erdoğanla altı saatdan çox davam edən danışıqlardan sonra tərəflərin Suriyanın İdlib əyalətindəki vəziyyət üçün məqbul bir həll tapdıqlarını söylədi. Məlumatı RİA Novosti yayıb.
“Suriyadakı hadisələrlə əlaqədar türkiyəli həmkarlarımızla hər zaman deyil ki,eyni fikirdəyik. Ancaq çətin zamanlarda, ikitərəfli münasibətlərdə əldə olunan yüksək səviyyəyə arxalanaraq, ortaya çıxan mübahisəli mövzularda əlaqə nöqtələri tapırıq. Bu dəfə də belə oldu”- deyərək RF-nın Prezidenti qeyd etdi.
Rusiya lideri bildirib ki, danışıqlar nəticəsində tərəflər müzakirələr zamanı qəbul edilmiş qərarları əks etdirən birgə sənəd tərtib ediblər.Orada o qərarlar əks olunur hansılar ki, müzakirələr zamanı qəbul olunub.
Sənəddə aşağıdakı bəndlər var:
6 Mart gecə yarısından etibarən bütün hərbi əməliyyatların dayandırılması
Rusiya və Türkiyə tərəfindən Suriyada 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizinin qurulması,
Martın 15-dən etibarən M-4 magistralı uzunluğuyla ortaq növbətçilik keçirilsin
Putin, əldə olunan razılaşmaların İdlibdəki vəziyyətin nizamlanması üçün bir əsas olacağına inandığını bildirdi.