BaşlıcaSiyasət

Ermənistan, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə müdaxilə cəhdlərinə görə etiraz etməlidir: Ara Papyan

“Ermənistan, Türkiyənin Qarabağ münaqişəsinə müdaxilə cəhdlərinə görə, rəsmi etirazını bildirməlidir”. Bunu “Modus Vivendi” araşdırmalar mərkəzinin sədri, ER-nın Kanadadakı keçmiş səfiri, diplomat Ara Papyan edyib.

“Türkiyə Xİ naziri Mövlud Çavuşoğlunun Qarabağ məsələsinin həlli ilə bağlı azərbaycanpərəst mövqeyinin səsləndirilməsi və son iki ildə qeyd olunmuş oxşar faktlar Ermənistan tərəfindən toplanmalı və ATƏT-in Minsk Qrupunun həmsədrlərinə rəsmi olaraq təqdim olunmalıdır”,-deyə Papayan vurğuladı.

Onun fikrincə, Türkiyənin Minsk Qrupunun tərkibində olması qəbuledilməzdir, çünki bu ölkə neytrallıq prinsipini pozur.

Papyanın sözlərincə, əlverişli geosiyasi şərtlər nəzərə alınmaqla, Erməni Soyqırımı qətnamələrinin qəbulunda olduğu kimi, erməni təklifləri də təsdiqlənə bilər.

Daha çox göstər
Back to top button