BaşlıcaTəhlil

Qarabağ münaqişəsinin nizamlanma prosesində Türkiyə heç vaxt bitərəf qala bilməz

Türkiyədə erməni dilində nəşr edilən “Agos” qəzetinin redaktoru Bagrat Estukyan Tert.am-ə müsahibədə Türkiyə Xİ naziri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşünə münasibət bildirib. Onun sözlərinə görə, bu təhlükəli addımdır, çünki Qarabağ münaqişəsinin nizamlanma prosesində Türkiyə heç vaxt bitərəf qala bilməz.

“Fikir ayrılığı iki tərəf arasındadır, digərlər isə neytral olmalı. Türkiyənin bu prosesdə heç bir töhfəsi ola bilməz və onu bundan uzaq tutmaq lazımdır”,-deyə o qeyd etdi.

-Cənab Estukyan, aprelin 2-də Türkiyə Xİ naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupu həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Azərbaycan daima Türkiyəni münaqişənin həlli ilə məşğul olmasını istəyib, Ermənistan isə, buna qarşı olub. Mu müzakirə Azərbaycanın arzularının həyata keçirilməsinə yönəlmiş bir addım ola bilərmi?

-Bu təhlükəli addımdır, çünki Qarabağ məsələsinin nizamlanma prosesində Türkiyə heç vaxt bitərəf ola bilməz və fikir ayrılığı iki tərəf arasındadırsa, digərləri neytral qalmalıdır. Türkiyə isə, bu prosesə heç bir töhfə verə bilməz və DQ nizamlanma prosesindən uzaq durmalıdır.

-Bu gün Türkiyə daha çox Suriya və İdlib məsələsi ilə məşğuldur. Niyə birdən Qarabağ məsələsini xatırladı?

-Türkiyə son zamanlarda beynəlxalq arenada davamlı olaraq problemlər çıxardaraq faydalanmaq istəyir. Elə görünür ki, Türkiyə hakmiyyətləri xaricdə problemlər yaradaraq daxildə öz hakimiyyətini daha asan şəkildə saxlaya biləcəklərini hesab edirlər. Türkiyənin həm Aralıq dənizinin şərq hissəsində, həm də Liviyada problemləri var. Suriya haqqında isə, danışma ehtiyacımız yox. İndi elə görünür ki, bu kifayət deyil və Qarabağ münaqişəsinin nizamlanması prosesinə qarışmaq istəyir. Qərb ölkələri də daima Türkiyənin bu sərgüzəştlərinə yol açırlar. Suriya məsələsində də çox dəstək verilib. Qərbin Türkiyəyə dəstəyi həmişə göz qabağındadır. Beləliklə də, buna heç təəccüblənmirəm.

-Sizcə, Türkiyə Qarabağ məsələsinin nizamlanma prosesinə cəlb olunma məsələsində də mi dəstək alacaqdır?

-Mən bunu istisna etmirəm. Onun bu kontekstdə bir neçə əsasları var. Məsələn, beynəlxalq ictimaiyyət bir neçə dəfə Qarabağ muxtar vilayət statusunu nəzərə almadan, Azərbaycanın ərazi bütövlüyü barədə bəyanatlar edib. Qarabağ heç vaxt Azərbaycan tərkibində olmayıb, sadəcə Cənubi Osetiyanın Gürcüstanda olduğu kimi, muxtar vilayət olub. Beləcə də, Qarabağ da öz müstəqilliyi üçün tələbkar olmalıdır, amma Qərb ölkələri dövlətlərin ərazi bütövlüyünü xalqların öz müqəddəratını təyinetmə hüququndan daha çox üstün tuturlar.

– Çavuşoğlunun  “ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsi ilə bağlı daha effektiv işləməlidir” bəyanatına Ermənistan Xİ naziri Zohrab Mnatsakanyanın “Həkim. özünüzü sağaldın” ifadəsi ilə reaksiyasını kafi hesab edirsinizmi?

-Türkiyənin hər hansı bir addımına sərt cavab verilməlidir. Bütün dünya – ABŞ, Rusiya, Avropa Türkiyəyə sərt cavab verməkdən çəkinirlər. Çox da  layiqli reaksiyalar deyil. Türkiyə hər kəsə sərtdir. Məsələn, Suriya məsələsi barədə danışanda Ərdoğan “Başlarını kəsib atarıq” deyir.  Buna mədəni bir dillə cavab vermək çox da düzgün deyil.

-Fikrinizcə, Ermənistan, Türkiyənin Qarabağ məsələsinin nizamlanma prosesinə müdaxiləsinə necə reaksiya verməliydi?

-Buna qarşı çıxıb bəyan olunmalıdır ki, “Siz ATƏT-in Minsk Qrupu vasitəçiliyin tərəfi deyilsiniz”. Nə isəyirlərsə, etsinlər. ATƏT-in Minsk Qrupu  münaqişəni həll etmək üçün formallaşmışdır, lakin görürük ki, bu baxımdan irəliləyiş yoxdur. İllərdir ki, 1994-cü il atəşkəs rejimi pozulur və əsgərlər həyatlarını itirir. Nəhayət, gözləntimiz qazandığımız müharibədə razılaşmaya nail olmaqdı, lakin bu olmur. Türkiyənin cəlbi isə, nizamlanma prosesinə heç bir töhfə verməyəcəkdir.

Daha çox göstər
Back to top button