İctimaiyyət

Azərbaycanda çinli və iranlılardan 1 milyondan çox maska aşkarlandı

Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində bir milyondan çox maska aşkarlanıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.

“Tədbir zamanı yaranan vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, aralarında xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb”,- deyə bəyanatda qeyd olunur.

Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar.

Həmçinin Baş İdarə əməkdaşla Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Azərbaycanın üç vətəndaşı ta tutulub.

Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.

“Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb”.

 Xatırladaq ki, hazırda Azərbaycanda koronavirusa yoluxanların sayı 9-a çatıb.

Daha çox göstər
Back to top button