BaşlıcaSiyasət

K.Gevorkyan: “ABŞ istənilən vaxt Qarabağ məsələsini Vilsonun qərarına əsasən çıxara bilər”

Politoloq, Şərqşünas Karine Gevorgyan, Türkiyənin Suriyada və digər bölgələrdə artan aktiv siyasəti fonunda “Erməni məsələsinin” aktuallaşdırılması mövzusunda çıxış edib.

O, ABŞ Prezidenti Vudro Vilsonun 1920-ci ildəki Erməınistanın  sərhədlərini müəyyənləşdirmək, arbitraj    qərarından danışdı ki, həmin tərkibə,  Qərbi Ermənistanın Qara dənizə çıxışıyla yanaşı  (müasir Türkiyənin bir hissəsi), həmçinin  Naxicevan və Qarabağ bölgələri də daxil edilmişdir.

“Bu isə (Vilsonun qərarı-red) Birləşmiş Ştatların  hazırkı  Türkiyə  Respublikasının  ərazilər üzərində yurisdiksiyasını tanımadığını,lakin bu  haqda uca səslə qışqırmamağını  göstərir. Amerikalılar  öz  bazalarını  demək olar  ki,bu ərazinin perimetri ətrafında yerləşdirmişlər. Belə ki, bu istənilən vaxt yenilənə bilər”-deyərək Gevorkyan   “Radio Avrora”nın efirində qeyd edib.

Gevorgyanın sözlərinə görə, Türkiyə rəhbərliyi və prezident Erdoğan bu problemi şox  yaxşı bilirlər.

XX əsrdə Türkiyə Amerikaya ,Türkiyənin müasir sərhədlərini   təstiq edəcək Lozan müqaviləsini imzalamaq istəyi ilə müraciət  etmişdir.

 “Məhz  Vilsonun arbitraj qərarına əsasən ABŞ  Lozan müqaviləsini imzalamadı.Onu  indi də  etməkdən imtna  edir və  qanunla onlar nöqsansız   davranırlar. Onlar türklərə baxır  və onları qarmaqda  saxlayırlar. İstənilən anda,  istənilən vaxt onu  çıxara bilərlər  (Vilsonun qərarı – red) və o işləyəcəkdir.O zaman  ümumiyyətlə Qarabağ konflikti aradan cıxarılar”-deyərək o, qeyd edib.

Karine Gevorgyan həmçinin qeyd etdi ki, Kars müqaviləsi  bolşeviklər və Atatürk arasında  imzalandı və ona əsasən  Naxicevan və Qarabağ  Azərbaycana  verildi, 2021-ci ildə həmin müqavilə  sönür və o “öz-özlüyündə ölür,ləğv olunur”. Çünki, artıq iştirak edən və imzalayan ölkələr  və həmin formatda hansılar ki, onlar sənədi imzalamışlar mövcud deyil.

 USARMINFO daha əvvəl bildirmişdi ki, Türkiyə prezidentinin administrasiyası, milli azlıqların qeyri-hökumət təşkilatlarına, İdlibdə (Suriya) Türkiyə hərbi əməliyyatını dəstəkləyən bir bəyanat imzalamaq tələbi ilə göndərmişdi.

Daha çox göstər
Back to top button