BaşlıcaTəhlil

Türkiyənin istədikləri reallaşmadı, Rusiya isə öz uğurlarını qeyd etdi: Aleksandr Xramçixin Putin-Ərdoğan görüşü barədə

Rusiya prezidenti Vladimir Putinle Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə Rusiya, Suriya ordusunun son bir neçə ayda əldə etdiyi uğurlarını müəyyənləşdirdi. Aleksandr Xramçixin Tert.am-ə müsahibədə vurğuladı ki, bu, əslində Rusiyanın qələbəsidir.

Onun fikrincə, bu mərhələdə İdlibi azad etmə ehtimalı azdı, lakin hər şey mərhələlərlə edilir, Putin-Ərdoğan görüşü isə bunun nəticələrini müəyyənləşdirdi.

“Tərəflərin bəyanatlarını nəzərə alaraq, deyə bilərik ki, Türkiyənin istədikləri reallaşmad, Rusiya isə, sadəcə öz uğurlarını qeyd etdi”,-deyə Aleksandr Xramçixin vurğuladı.

O, Türkiyənin danışıqlarda qazanmış olmasına dair təhlillərlə razılaşmadığını qeyd edərək bir daha da vurğuladı ki, Türkiyə təhdid olanda Suriya ordusuna hücum edəcək, bu, Türkiyənin bəyanatıdır.

“Razılaşmalarda bu görünmür, lakin Ərdoğanın bəyanatıdır. Onun məqsədini bilmirəm. Deməlidir ki, Türkiyə artıq 20 dəfə bildirmişdir ki, Suriya ordusu ilkin mövqelərinə qayıtmalıdır, amma elə bir şey olmur”.

Aleksandr Xramçixin əlavə etdi ki, son görüşdə yalnız yeni vəziyyət müəyyənləşdirildi, çünki bütün razılaşmaların nəticələrində Suriya Ruisyanın yardımıyla getdikcə daha çox ərazilər azad etdi və bütün bu deskalasiya zonaları artıq ləğv edilmişdir. Azad etmək üçün yalnız İdlib yarısından az hissəsi qalıb.

Xramçixinin proqozlarıyla yenə belə bir mərhələ olacaq və bəzi ərazilər azad olunacaqdır. “Türkiyə artıq bu bölgədəki təsirini bərpa edə bilmir. Şübhəsiz ki, Türkiyə artıq bunu tamamilə itirmişdir və bunun üçün də, Ərdoğan bu söhbətdən partlayırdı. O az qala hər şeyi itirdi və indi də itirənlər az deyildi”.

Rusiya və Türkiyə liderlərinin görüşü Türkiyə Xİ nazirinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündən sonra keçirilib və elə fikirlər vardı ki, Qarabağ məsələsi də Putin-Ərdoğan görüşünün gündəmində olacaqdı, lakin rus ekspert bu fikirləri ciddi hesab eləmədi.  

“Mən bunu istisna edirəm. Hazırda onların Dağlıq Qarabağ üçün zamanı yoxdur. Hesab edirəm ki, görüş yalnız Suriya münaqişəsinə həsr olunmuşdu”,-deyə Xramçixin qeyd etdi.

Suriya məsələsində beynəlxalq digər oyunçuların fəallığına gəlincə isə, ekspert deyib ki, onlar bitərəf qalır: “İran Rusiya ilə işləyir. NATO, gözlənildiyi kimi, bəyan etdi ki, türkiyəyə dəstək verməyəcəkdir. Başqa heş kəs heç nə etməyəcək. Vəziyyətin bu baxımdan dəyişəcəyi üçün heç bir ön şərt görmürəm”.

Daha çox göstər
Back to top button