BaşlıcaSiyasət

Brüsseldə, Baş nazir Nikol Paşinyan Jozef Borelli ilə görüşüb

Baş nazir Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini AB-nin Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozef Borell ilə görüşüb.

Həmsöhbətlər Ermənistan-Avropa Birliyi münasibətlərinin intensiv inkişafına önəm verdilər və Ermənistanda müxtəlif sahələrdə aparılan islahatların bundan sonra da dəstəklənməsi ilə bağlı məsələləri müzakirə etmişlər.

Jozef Borell Avropa Birliyinin islahatları dəstəkləməyə hazır olduğunu bir daha təsdiqlədi. Cənab Borell Ermənistanda korrupsiyaya qarşı mübarizə, məhkəmə və digər sahələrdə baş verənləri və ER hökumətinin bu istiqamətdə qəti və ardıcıl addımlarından məmnunluqla danışdı və onu təqdirəlayiq  hesab etdi.

Necə Ermənistan-AB əməkdaşlığının vacib bir hissəsi olaraq, Ermənistanın Baş naziri və Jozef Borell hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişini ən qısa müddətdə ratifikasiya etməyi və onu tam şəkildə həyata keçirməyi zəruri hesab etdilər.

Həmsöhbətlər Ermənistan və Avropa Birliyi arasında vizaların liberallaşdırılması ilə bağlı dialoqun başlama imkanlarına da toxunublar.

Həmçinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesi  ətrafında  da fikir mübadiləsi aparılıb. Jozef Borell AB-nin münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini bir daha təsdiq edib.

Daha çox göstər
Back to top button