BaşlıcaSiyasət

Dinamik müzakirələr əlaqələri gücləndirir: AŞ sədri Paşinyanla görüşü haqqında

Avropa Şurasının sədri Şarl Mişel hesab edir ki, ER Baş naziri Nikol Paşinyanla dinamik müzakirələr ikitərəfli münasibətləri son dərəcə gücləndirir. Şarl Mişel Baş nazir Paşinyanla görüşü barədə təəssüratlarını öz Twitter səhifəsində bölüşübdür.

“Bu gün mən Nikol Paşinyanla AB-Ermənistan münasibətlərini, “Şərq Tərəfdaşlığı”nı ətraflı müzakirə etmək üçün görüşdüm. Bu cür dinamik müzakirələr ikitərəfli və insanlar  arasında  münasibətləri olduqca güclü edir”-deyərək Avropa Şurasının sədri yazıb.

O, eləcə də,Brüsseldə “Şərq Tərəfdaşlığı” sammitində növbəti görüşü səbirsizliklə gözlədiyini də söylədi.Xatırladaq ki,Baş nazir Nikol Paşinyan Brüsseldə işgüzar səfərdədir. ER Hökuməti Avropa Şurasının sədri Şarl Mişel ilə görüşdü. Mərasimdən sonra Ermənistanın Baş naziri və Avropa Şurasının sədri Ermənistan-AB münasibətləri ilə bağlı geniş məsələlərin  çərçivəsini müzakirə etmişlər.

Daha çox göstər
Back to top button