BaşlıcaSiyasət

Donald Tusk Baş nazir Paşinyana:“Mənim yeni vəzifəmdə mənə ümid edə bilərsiniz”

ER Baş naziri Nikol Paşinyan  Brüsseldə Avropa Xalq Partiyasının  idarəsində AXP  rəhbəri Donald Tusk ilə görüşüb.

Ermənistan Baş naziri  iş heyətinin mətbuat xidmətindən verilən məlumata görə, Baş naziri Donald Tusk salamlayaraq deyib:

“Cənab Baş nazir, Sizi yeni vəzifəmdə, amma köhnə ənənəvi bir dostluqla salamlamaqdan olduqca məmnunam.Siz mənim yeni vəzifəmdə mənə ümid bağlaya bilərsiniz”.

“Donald Tusk, Avropada, o cümlədən yerli ictimaiyyət və siyasətçilər arasında Ermənistan Respublikasının yeni hakimiyyətləri  və şəxsən  ER Baş nazirinə  özünə inamın yüksək olduğunu vurğuladı.

Nikol Paşinyan səmimi qəbul və münasibətə görə təşəkkürünü bildirərək qeyd etdi:  “Biz Ermənistan-AB münasibətlərinin inkişafındakı rolunuzu yüksək qiymətləndiririk.

AXP sədri vəzifəəsində həmçinin əməkdaşlığımızın daha da inkişafına və tərəqqisinə öz töhfənizi verəcəyinizə əminəm”.

Həmsöhbətçilər ER-AB münasibətləri ətrafında  fikir mübadiləsini edərək  Avropa Parlamentində  erməni parlamentarları və AXP  fraksiyası   deputatları arasında   sıx və fəal əməkdaşlığı vurğulamışdır.

Baş nazir ölkədə  həyata keçirilən  hüquq-məhkəmə islahatlarının gedişatını, o cümlədən qarşıdakı Konstitusiya dəyişikliyi referendumunun şərtlərinə toxundu.

Ermənistanda korrupsiyaya qarşı mübarizədə gedən proseslər barədə də fikir mübadiləsi aparılıb..

AXP  sədri Ermənistanda həyata keçirilən islahatları yüksək qiymətləndirdi və Ermənistanla əməkdaşlığın inkişafına və dərinləşməsinə töhfə verməyə hazır olduğunu  bəyan etdi.

Daha çox göstər
Back to top button