BaşlıcaSiyasət

DQR Xarici işlər nazirinin müavini Kiprdəki erməni icma quruluşlarının nümayəndələri ilə görüşdü

Kipr Respublikasında işgüzar səfərdə olan Artsax Respublikasının  Xarici  işlər nazirinin müavini Armine Aleksanyan, Kiprdəki erməni icma quruluşlarının nümayəndələri ilə görüşmüşdür.

Artsax Respublikası Xarici işlər nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş Kipr parlamentindəki erməni icmasının dövlət nümayəndəsi, millət vəkili Vardkes Mahtesyanın təşəbbüsü ilə təşkil  olunmuşdur.

Görüş ərzində  Xarici işlər nazirinin müavini Artsaxın xarici siyasətinin prioritet istiqamətlərini təqdim etdi, xüsusilə Artsaxın beynəlxalq səviyyədə tanınması və beynəlxalq əməkdaşlığın genişlənməsi proseslərinə, habelə Azərbaycan  və Qarabağ  münaqişəsinin  sülh yolu ilə həllinin hazırkı mərhələsinə toxundu.

Yığıncaq iştirakçılarının istəyi ilə Armine Aleksanyan, Artsaxdakı mövcud gerçəkliklərdən də danışdı, martın 31-də respublikada keçiriləcək  ümumdövlət  seçkilərinin demokratik davamlı şəkildə möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Armine Aleksanyan, Artsax- Spyurk  münasibətlərinə toxunub erməni icma quruluşlarının, diasporada və vətəndə, xüsusən də Artsaxda erməni kimliyinin qorunmasına yönəlmiş müxtəlif proqramların həyata keçirilməsində rolunu vurğuladı. Tərəflər əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparmaq və gələcək addımları müəyyən etmək üçün vaxtaşırı belə görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Daha çox göstər
Back to top button