Başlıcaİdman

Medvedeva Xaçaturyanın musiqi sədaları altında çıxış edəcək

Rusiyalı məşhur fiqurlu konkisürən Evgeniya Medvedeva (Babasyan) öz Instagram səhifəsində 2020-2021-ci il qısa proqramını paylaşdı. Proqramda Sovetin erməni bəstəkarı Aram Xaçaturyanın “Maskarad” baleti musiqisi səsləndirilir.

Evgeniya Medvedevanın azarkeşləri Goldenskate.com portalının forumunda kompozisiya seçimini konki sürücünün Ermənistan millisinə keçməsi ilə əlaqələndirdilər.

“Bəstəkar ermənidir və elə görünür ki, o, Ermənistanı təmsil etmək niyyətindədir?”,- deyə istifadəçilərdən biri yazıb

Bəzilərin fikrincə isə, Medvedeva Rusiya yığmasından gətməyəcəkdir.

Qeyd edək ki, fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Alina Zagitova 2019/20 mövsümünün Qran Prisinin üçüncü mərhələsində erməni dudukun musiqisi altında çıxış etdi.

Daha çox göstər
Back to top button