Başlıcaİctimaiyyət

“Miss Boston” ermənilərə olan sevgisini ifadə etdi

“Miss Boston 2020” Kristinan Aynanyan gözəllik müsabiqəsindəki qələbədən, həyatda qazandığı uğurlarından və onun üçün erməni olmasının nə demək olduğundan danışıb.

Kristina Aynanyan “Amerikanın Səsi”-nə müsahibəsində deyib ki,  valideynləri 27 il əvvəl Ermənistandan ABŞ-a gediblər.

Səkkiz yaşından bəri gözəllik müsabiqələrində iştirak edir.  Kristina “Miss Boston” titulunu alan ilk erməni oldu. O, erməni dilini də yaxşı bilir.

“Erməni məktəbini bitirdim və həyatım erməni dəyərləri ilə dolğundur. Erməni olmaq, xalqının tarixini yaxşı bilmək üçün  erməni dilini bilmək çox vacibdir. Evdə və dostlarımızla hər zaman ermənicə danışırıq, Bostondakı icmamız çox güclüdür”,- deyə o qeyd etdi..

Onun sözlərinə görə, özü Ermənistanda dəfərlərlə olub. Son dəfə isə 2019-cu ildə Ümumerməni oyunları zamanı Ermənistana səfərə gəlib.

Daha çox göstər
Back to top button