BaşlıcaSiyasət

Stanislav Tarasov։ “Dağlıq Qarabağ müstəqil respublikadır”

Artsaxda bu ilin sonunda keçirilən seçkilər yalnız Ermənistan deyil, bölgədə maraqlı olan digər dövlətlərin diqqət mərkəzindədir.

Rus politoloq, “Regnum” agentliyinin köşə yazarı Stanislav Tarasov Artsax seçki kampaniyasını izləyir. “Arajin lratvakan”-a müsahibəsində Tarasov qeyd etdi ki, Moskva heç bir namizədi dəstəkləmir, heç bir üstünlük yoxdur.

“Moskova sizin kimi bu seçki prosesini izləyir.  Moskva heç bir prosesə heç vax müdaxilə etmir. Dağlıq Qarabağdakı ermənilər siyasi taleyini özləri təyin edirlər”,- deyə o qeyd etdi.

Tarasov keçiriləcək seçkiləri tarixi kimi qiymətləndirdi, çünki tarixi şəxsiyyət Bako Sahakyan siyasi arenanı tərk edir.

“O çox bacarıqlı bir erməni siyasətçidir. Mən şəxsən Ermənistanın inqilabi hakimiyyətinin Dağlıq Qarabağda belə bir bacaraqlı şəxslə simbiozunu görmək istərdim. Onun edəcək çox işi var idi, lakin yeni seçkilər var, Dağlıq Qarabağ erməniləri siyasi taleyini özləri təyin edəcəklər və bu onların haqqıdır”,- deyə o qeyd etdi.

Stanislav Tarasov həmçinin qeyd etdi ki, Dağlıq Qarabağ müstəqil respublikadır, və Ermənistanla sıx əməkdaşlıq edir və Ermənistanda ayrıla bilməz.

Daha çox göstər
Back to top button