BaşlıcaTəhlil

Azərbaycan ardıcıl olaraq atəşkəs mexanizmlərinin tədbiqindən yayınır: Taron Hovhannisyan

“Orbeli” analitik mərkəzinin eksperti Taron Hovhannisyan Sputnik Armenia efirində Ermənistan və Azərbaycan dövlət sərhədlərindəki gərginliyinə və bu barədə ER XİN yaydığı bəyanata toxunub.

Taron Hovhannisyan qeyd edir ki, bu günə qədər beynəlxalq risklərin azaldılması mexanizmlərinin tətbiq edilməməsinin səbəbi aydındır: bu seçimə qarşı olan münaqişənin yeganə tərəfi Azərbaycandır və Minsk Qrupunun həmsədrləri və onların xarici işlər nazirləri də bunu müxtəlif açıqlamalarda qeyd ediblər.

“Təmas xəttində  və Ermənistan-Azərbaycan dövlət sərhəddində bu mexanizmlərin tədbiqi barədə təklif müxtəlif səviyyələrdə hələ  2011-ci ildə olub.  Əvvəlcə təşəbbüskar Rusiya idi, sonra Minsk Qrupu  bu təşəbbüslə çıxış etdi, 2016-cı ildə isə ABŞ Konqresinin üzvləri risklərə nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı bir sıra təkliflər təqdim etdi.

Lakin Azərbaycan tərəfi atəşkəs mexanizmlərinin tətbiq edilməsindən ardıcıl olaraq qaçırır”- deyə ekspert bildirib.

Hovhannisyan xatırladır ki, Azərbaycan Prezidenti və Xarici İşlər Naziri dəfələrlə bu cür mexanizmlərin tətbiq olunmasının əleyhinə olduqlarını vurğuladı.

“Azərbaycanın strategiyası aqressiv, təxribatçı hərəkətlər yolu ilə daim gərgin vəziyyət yaratmaq və vəziyyəti daim gərginləşdirməkdir. Bu bir sıra səbəblərə görə edilir: birincisi, Ermənistan və Artsaxın əhalisinə və hakimiyyətinə psixoloji təzyiq göstərmək, ikincisi, Qarabağ məsələsini gündəmdə saxlamaq, gələcəkdə bəzi güzəştlər qazanmaq ümidi ilə gərginliyə səbəb olmaqdır”- deyə ekspert qeyd edir.

Daha çox göstər
Back to top button