
Naxicevan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planına əsasən komanda-qərargah təlimi başlayıb.
İkitərəfli, üçpilləli komanda-qərargah təliminin senarisinə uyğun olaraq, Qarnizon Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
Təlimdə idarəetmənin bir məntəqədən digərinə ötürülməsi, mübadilə axınından səmərəli istifadənin məşqi həyata keçirilir.
Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılır.



