BaşlıcaSiyasət

Erməni tərəfi olmadan həmsədrlər “ DQ azərbaycanlı icması” ilə görüşməzdilər

Amerika Erməni Araşdırmaları mərkəzi”nin rəhbəri, beynəlxalq ekspert Suren Sarkisyan öz Feysbuk səhifəsində həmsədrlərin “Dağlıq Qarabağın azərbaycanlı İcma” nümayəndələri ilə görüşünə istinad edərək bir yazı yerləşdirib.

O, xüsusilə qeyd edib  ki, bu görüş qalan igörüşlər üçün yaşıl işıq yandırdı. Qeyd edək ki, bu gün “Adekvad” birliyinin təsissçisi Artur Danielyan Facebook səhifəsində Böyük Britaniyanın Azərbaycandakı səfirinin “Dağlıq Qarabağın azərbaycanlı İcma” nümayəndəsi ilə görüşdüyünü deyən bir yazı yerləşdirib.

“Yenidən deyirəm. Ermənistan tərəfinin razılığı olmadan həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi ilə görüşməzdilər.

Həmsədrlərin görüşü  leqitimləşdirdi və qalanlara yaşıl işıq  yandırdı. Erməni  tərəfi DQR nümayəndəsini qanuniləşdirmək və “düzəltmək”barədə razılığa gəlmişdir, buna görə demarş edə bilməyəcək”.

Daha çox göstər
Back to top button