BaşlıcaSiyasət

İsa Qəmbər: “Seçkilər islahat nağıllarına son qoydu”

Əgər deputatlar xalq tərəfindən seçilməyibsə, bir rejim tərəfindən, bir hakimiyyət tərəfindən təyin edilibsə, yeni və köhnə parlament arasında hər hansı bir fərqdən danışmağa ehtiyac qalmır. Bu barədə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində bildirib.

“Ciddi bir fərq yoxdur. Düzdür, köhnələrdən cəmisi 80-ə yaxını qalıb, 40-dan bir-iki adam çox, guya, birinci dəfədir parlamentə gəlib. Amma tərkibin dəyişməsi barədə o zaman danışmaq olardı ki, bu, həqiqi bir seçki olsun, xalq tərəfindən, seçicilər tərəfindən səs alıb gəlsinlər parlamentdə əyləşsinlər. İndiki parlamentdə əyləşənlərin hamısı yenə də hakimiyyət tərəfindən, rejim tərəfindən təyin edilmiş adamlardır”, – İ.Qəmbər deyib.

Parlamentdə rəhbərlik dəyişib. Bu, parlament idarəetməsinə hansı yeniliklər gətirə bilər? Bu sualın cavabında İ.Qəmbər deyib ki, heç bir yenilik gözləmir. 

“Çünki yeni rəhbərlik də əvvəlki kimi hakimiyyətin tapşırıqlarını icra etməklə məşğul olacaq”, – o qeyd edib.

Onun fikrincə, 9 fevral seçkiləri hakimiyyətin islahat nağıllarına çox ciddi bir zərbə vurdu.

Əəgər ciddi bir islahat etmək fikrində olan varsa bunun üçün mütləq bir Konstitusiya Komitəsi yaradılmalıdır. Həmin komitəyə ölkənin görkəmli mütəxəssisləri, hüquqşünasları, siyasi qüvvələrin təmsilçiləri cəlb edilməlidir. Konstitusiya ya yenidən hazırlanmalı, ya da ciddi şəkildə yenilənməlidir.

Azərbaycan prezident respublikasından parlament respublikasına keçməlidir. Proporsional seçki sisteminin bərpası məsələsi həll olunmalıdır. Normal seçkilər üçün şərait  yaradılmalıdır və ondan sonra islahatlara başlamaq mümkündür.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button