BaşlıcaTəhlil

Nə qədər ki, Rusiyanın Yaxın Şərqdə təsiri var, Dağlıq Qarabağda hərbi əməliyyatlar olmaz: Vladimir Lepexin

Rusiyanın Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin Tert.am-ə müsahibədə martın 5-də Rusiya və Türkiyə prezidentlərinin görüş nəticələrinə münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdə öz təsirini artdırmaq və neft layihələrinə cəlb olunmaq istəyir. “Bu səbəbdən də, istediyini almaq üçün Moskvaya getmişdi. Regionun biznes layihələrində Türkiyənin prespektivlərini başa düşmək istəyirdi və bu səbəbdən də onlar heç bir şey barədə razılığa gələ bilmədilər, vektorlar fərqlidir”.

-Cənab Lepixin, Suriyanın İdlib bölgəsindəki gərginlik fonunda Ruisya ilə Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Tərəflər nə istəyirdi və nəticədə nə əldə etdilər?

-Vəziyyəti başa düşmək üçün cari il yanvar ayında Yaxın Şərqdə, xüsusilə də Türkiyə-Suriya sərhədində baş verənləri anlamaq lazımdır. Məncə, Ərdoğan öz oyununu oynamır. O həmişə də elə olmuşdur. Onunla razılığa gəlmək asan deyil, çünki çox eqoist siyasətçidir. Xarici siyasi ambisiyaları və daxili siyasi problemləri olduğu halda belə çoxvektorlu siyasət aparır və daima öz mövqeyini dəyirşdirir.

Türkiyə 3 il əvvəl Yaxın Şərqdə Rusiya, İran və Türkiyə arasında qeyri-rəsmi sərhədin formallaşmasına baxmayaraq cari il yanvar ayında öz mövqeyini dəyişdirdi və Rusiya ilə Suriya məsələsində əldə edilmiş razılaşmalara məhəl qoymayaraq faktiki olaraq öz qonşu ölkələrinin ərazilərində hərbi əməliyyatlar həyata keçirir.

Bunun səbəblərindən biri odur ki, yanvarın 15-də Rusiya prezidenti Vladimir Putin ölkədə Kostitusiya dəyişiklikləri həyata keçirmək və hökuməti dəyişdirmək istiqamətində addımlar atdı və hesab edirəm ki, bu, bəzi güclərin, xüsusən də Britaniyalıların xoşuna getmədi. Türkiyə ilə Böyük Britaniya əlaqələrini nəzərə alaraq deyə bilərik ki, ondan Rusiya və xüsusilə də Putin üzərinə təzyiq göstərmək üçün istifadə edirlər.

Tabii Ərdoğan da kor kukla deyil. O Britaniyalılarla dostluq edir və birlikdə TANAP-ı inkişaf etdirirlər. Bu, Türkiyə üçün prespektivli layihədir, Britaniya isə, British Petrolium-un bu layihədəki payının böyütməsini istəyir.

Ərdoğan Böyük Britaniya ilə münasibətlərini saxlamaq niyyətindədir, çünki Avropa ilə münasibətləri pisləşib, Trampla da yaxşı münasibətləri yoxdur.

Ancaq, Türkiyə üçün bu gün ən vacib məsələ bütün müsəlman dünyasında, o cümlədən biznes sahəsində öz nüfuzunun artdırılmasıdır, çünki  qlobal iqtisadi böhran Türkiyəyə də təsir edir və o, istisadi inkişaf üçün yollar axtarır. Bu səbəbdən də tranzit ölkə olmaq və digər yandan da neft biznesini nəzarət etmək niyyətindədirlər.

Bu səbəbdən də, istediyini almaq üçün Moskvaya getmişdi. Regionun biznes layihələrində Türkiyənin prespektivlərini başa düşmək istəyirdi və bu səbəbdən də onlar heç bir şey barədə razılığa gələ bilmədilər, vektorlar fərqlidir.

Rusiyanın Yaxın Şərqdə sabitləşdirici bir amil olduğunu başa düşməliyik. Rusiya orada böyük müharibənin çıxmasına icazə vermir. Rusiya Əsəd hakimiyyətini qoruyur və İrana qarşı müharibənin başlamasına maneə olur. Türkiyə ilə də öz əlaqələrini yalnız xoşməramlı prinsipiylə qurur.

-Son vaxtlar Rusiya-Türkiyə əlaqələrində müsbət dinamika müşahidə olunurdu. İki ölkə başçıları əldə edənlərə zərər verə biləcək mi? Sizcə, hazırda Rusiya-Türkiyə münasibətləri necədir?

-Dediyim kimi, bu münasibətlərdəki müsbət dinamika yalnız Rusiyanın xoşməramlı iradəsi sayəsində saxlanılır. Bu da regionu sabitlik içində saxlayır. O üç nöqtəyi sabitlik içində saxlayır. Birincisi: Rusiya, Suriya qorunmasının qarantıdır. İkincisi: Rusiya İrana qarşı müharibəyə başlamamasının qarantıdır. Üçüncüsü də Rusiya, Dağlıq Qarabağda müharibə olmamasının qarantıdır.

-Rusiya Ermənistanın stratejik tərəfdaşıdır, Türkiyə isə Ermənistan üçün dost olmayan bir ölkədir. Yaxın Şərqdə onlar arasında ortaya çıxmış fikir ayrılığı bizə də təsir göstər bilər. Bu kontekstdə Dağlıq Qarabağ məsələsi narahatlıq doğurur.

-Bu məsələdə iki şey nəzərə alınmalıdır. Rusiyanın strateji rolu var və o bundan imtina etmir. Bu, təhlükəsizlik üçün qarant olması, qanun aliliyinin qorunması, KTMT tərəfdaşları, bu vəziyyətdə Ermənistan qarşısında öhdəliklərinin yerinə yetirilməsidir.  Nə qədər ki, Rusiyanın Yaxın Şərqdə təsiri var, Dağlıq Qarabağda hərbi əməliyyatlar olmaz. Putin də Ərdoğanla istənilən məsələ üzrə, Suriya, Liviya barədə danışıqlar aparırsa, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini nəzərə alır ki, Türkiyə, bu və ya digər şəkildə Azərbaycanın xeyrinə münaqişəyə təsir göstərə biləcəyini düşünməsin.

Son vaxtlarda ER Baş naziri Nikol Paşinyan DQ məsələsi ilə bağlı öz müvqeyini səsləndirir ki, Dağlıq Qarabağ danışıqlar masasında olmalıdır. Hesab edirəm ki, bu doğru bir mövqedir və irəliləyişə doğru bir addımdır. Rusiya da Donbassla bağlı danışıqlarda eyni şeyi edir.

Mən həmişə erməni tərəfini ATƏT-in Minsk Qrupuna çox güvəndiyi üçün qınamışam, çünki Minsk Qrupu heç vaxt bu məsələni həll etməz, o sadəcə iki tərəfə eyni sözü verib Ermənistanı və Azərbaycanı “burnundan tutub gəzdirir”. Paşinyan bu baxımdan dəyişiklik edir və yeni konfigurasiya yaranır. Bunun nəticəsində yerli oyunçuların rolu gücləndir. Məsələ ondadır ki, DQ məsələsini yalnız super güclər həll edə bilər, danışıqlar Ermənistan, Azərbaycan və Dağlıq Qarabağın iştirakı ilə keçirilməlidir, bunların obyektivliyini isə ATƏT-in Minsk Qrupu olmadan, Rusiya, İran və Türkiyə 3+3 formatla təmin etməlidirlər, çünki Minsk Qrupunun regionda heç bir marağı yoxdur və o yalnız demaqogiya ilə məşğuldur.

Daha çox göstər
Back to top button