BaşlıcaSiyasət

Təhlilçi: “Nikol Paşinyan yeni prinsiplər irəli sürüb hansılar ki, Madrid prinsiplərindən daha aydın deyil”

“Amerikanın səsi” xəbər verir ki, Münhendə tərəflər arasındakı danışıqlardan sonra analitiklər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə etməyi davam edirlər.

“Erməni və azərbaycan tərəfləri arasında dərin struktur anlaşılmazlıqları hələ də davam etdirilir”-  Bu haqda Britaniyanın Barışıq Resursları üzrə Qafqaz proqramının rəhbəri Lourens Bovers , Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasındakı görüş və Münhendəki sonrakı hadisələrə toxunaraq deyir.

O, Münhendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan liderləri arasındakı ictimai müzakirəni alqışlayır, lakin müzakirələrin məzmunu və tərəflərin, xüsusən də tarixi məsələlərə dair ritorikası ilə bağlı fikirlər söyləyir.

“Bu itirilmiş bir fürsət idi. İki lider gələcək haqqında danışmadılar və  tarazlı bir mövqedə olmadılae”-deyərək  Broers qeyd edib.

Ekspert əmindir ki, müzakirə bir tərəfdən beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsinə biganəliyini, digər tərəfdən münaqişə tərəflərinin problemi həll etməyə hazır olmamalarını vurğulayır.“19-cu əsrdə və ya e.ə. 4-cü əsrdə nə baş veribdir belə dərin bir müzakirə  təəssüflər olsun ki, ona dəlalət edir münaqişənin dərhal həll edilməsi tələbi yoxdur və hər iki lider də bu məsələdən narahat  deyillər”-deyərək Broers qeyd edib.

Sülh prosesindəki bu cür məzmunun önəmliyi , ekspertin fikrincə, qismən tərəflər arasında məhdud ünsiyyət ilə izah olunur. Vəziyyəti dəyişdirmək üçün müstəqil və güclü vətəndaş cəmiyyətində araşdırma aparmaq bacarığı lazımdır.

Siyasi analitik Emil Sanamyan, öz növbəsində, müzakirələrdə belə bir formatda iki liderin münaqişənin sülh yolu ilə həllinə dair dialoqu davam etdirmək istəyini görür.

Keçən il bir sıra kiçik addımlar və nailiyyətlər, təmas xəttində nisbətən sakit bir vəziyyət də daxil olmaqla, bu cür müzakirələr danışıqlar prosesinin və atəşkəsin qorunmasına öz töhfəsini kifayət qədər  vermişdir. Lakin analitik həll prosesində ciddi irəliləyiş üçün heç bir əsas görmür.

“Azərbaycanda İlham Əliyevin təsdiqlədiyi rejimi nəzərə alsaq, indi prosesdə hər hansı ciddi dəyişiklik gözləmək  çox çətindir” deyərək Sanamyan bildirir.

Onun fikrincə, Ermənistanın yeni hakimiyyət orqanlarının əvvəlki hakimiyyətlərdən miras qalan Madrid prinsiplərini qəbul etməməsi təəssüratı yaranır, lakin analitikin fikrincə, erməni tərəfinin irəli sürdüyü yeni prinsiplərinə aydınlıq  gətirilməsinə  də ehtiyac  duyulur.

“Vəziyyət və təhlükəsizlik kimi ən həssas məsələlərdə çox bilinməyən köhnə prinsiplərin əvəzinə daha da qeyri-müəyyən olan Nikol Paşinyanın təşəbbüsü ilə yeni prinsiplər irəli sürüldü” deyərək Sanamyan bildirir.

Hər iki analitik eskalasiya təhlükəsinin itmədiyini qəbul edir. Tərəflər arasında müxtəlif səviyyələrdə və formatlarda qarşılıqlı əlaqə tələb olunur.

Daha çox göstər
Back to top button