BaşlıcaBeynəlxalq

ABŞ Dövlət Departamenti: Azərbaycan hakimiyyəti insan hüquqlarının pozulmasında təqsiri olanları cəzalandırmır

ABŞ Dövlət Departamenti göstəriciləri pis olan ölkələrdə kobud pozuntular və sui-istifadə hallarının mənfi təsvirini “Dünyada insan hüquqları haqqında 2019-cu il üçün Məruzə”də təqdim edir, xəbəri TURAN-ın ABŞ-dakı müxbiri verib.

Dövlət katibi Mayk Pompeo çərşənbə günü Dövlət Departamentində məruzənin nəşri ilə bağlı keçirilən tədbirdə çıxışında İran, Çin, Venesuela və Kubada ciddi pozuntuları qeyd edib.

Məruzədə ümumilikdə 200 ölkə və ərazidəki vəziyyət qiymətləndirilir.

Azərbaycan haqqında hissədə insan hüquqları, işgəncələr, qanunsuz həbslər, həbsxanada həyat üçün təhlükəli olan saxlama şəraiti, siyasi məhbuslar, şəxsi həyata müdaxilə, məhkəmə hakimiyyətinin müstəqil olmaması problemi, söz, mətbuat və İnternet azadlığının ciddi şəkildə məhdudlaşdırılması, jurnalistlərə qarşı zorakılıq, jurnalistlərin təqibi və həbsi və digər məsələlər əksini tapıb.

Azərbaycanla bağlı hesabatın tam mətnini bu linkdə oxumaq olar

“Azərbaycan hökuməti insan hüquqlarını pozan vəzifəli şəxslərin əksəriyyətini cəzalandırmayıb, onların cəzasızlığı problem olaraq qalır”, deyə hesabatda bildirilir.

Vaşinqtonda Xarici Mətbuat Mərkəzində jurnalistlər qarşısında çıxış edən ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisi Robert Destro qeyd edib ki, “Vaşinqton harada baş verməsindən asılı olmayaraq, insan hüquqları pozuntularına diqqət çəkmək üçün öz səsindən və dünyadakı mövqeyindən istifadə etməyə sadiqdir”.

Daha çox göstər
Back to top button