BaşlıcaBeynəlxalq

ABŞ Nümayəndələr Palatasının 75 üzvü Konqresi Artsaxa kömək etməyə çağırıb

ABŞ-ın Nümayəndələr Palatasında Respublikaçı və Demokrat Partiyalarının nümayəndələri Konqresi Artsaxa və Ermənistana 100 milyon dollarlıq yardım göstərməyə çağırıblar. Cari ildə Nümayəndələr Palatasının üzvləri artıq ikinci dəfədir ki, Konqresə məktub göndərib Erməni Respublikalarına göstərilən yardımın genişləndirməsini xahiş edirlər.

Bugünkü məktubda 23 Ştat nümayəndəsinin imzası var.

Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hambaryan qeyd etdi ki, məktubu ABŞ Nümayəndələr Palatasının bir çox üzvü imzaladı: “Biz konqresmenlər Pallone, Şpeyer, Şif və onların həmkarlarına sülh və demokratiyaya təşviq edən Artsaxa və Ermənistana yardımın göstərilməsi ilə bağlı məktubu imzaladıqları üçün təşəkkürümüzü bildirirk”,-deyə Hambaryan vurğuladı.

Məktubda aşağıdakı büdcə tələbləri daxil edilmişdir:

  • Artsaxda minatəmizlənmə işlərinə 1,5 milyon ABŞ dollar ayrılsın
  • Dövlət Departamenti və USAİD hesablarının vasitəsi ilə Ermənistanın iqtisadiyyat, idarəetmə, qanunun aliliyi və təhlükəsizliyi sahəsində yardım üçün 100 milyon dollar ayrılsın
  • Dövlət Departamenti və USAİD Artsax nümayəndələrinin ABŞ-a getməsinə, Amerika siyasətçilərinin Artsax hökumətinin nümayəndələri ilə ünsiyyətinə və ya təmaslarına dair hər hansı rəsmi və ya qeyri-rəsmi məhdudiyyətləri aradan qaldırılsın
  • ABŞ-ın Azərbaycana hərbi yardımının Ermənistan və Artsaxa hücumlarını dayandırdığı təsdiqlənməyincə dayandırılsın.
Daha çox göstər
Back to top button